İsrailli jurnalistlərin Ağdama səfəri başlayıb
19 Aprel 2021 15:04 Siyasətİsrailli jurnalistlər işğaldan azad edilən Ağdama səfər edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, İsrailin "Hayom" qazetinin müxbiri Dean Şumel Elmas və "The Jerusalem Post" və "The Jewish Press" qəzetlərinin siyasi şərhçisi Arye Qut Ağdamda səfərdədirlər.
İsrailli jurnalistlər Ağdam Cümə məscidində, Dram teatrında, Çörək muzeyi və İmarətdə Ermənistan tərəfindən törədilmiş dağıntılarla tanış olacaqlar.
Qeyd edək ki, hər iki jurnalistin sabah Füzuli, Zəngilan və Qubadlıya da səfərləri baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31