Ermənistan ATƏT və digər beynalxalq təşkilatlara münasibətdə şantaja əl atıb

Ermənistan yenə də beynəlxalq arenada sabotajla məşğul olmaq, destruktiv fəaliyyət göstərməkdə davam edir. Diplomatik mənbələrin məlumatına görə, Ermənistan ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin və missiyasının daha bir iliyinə - 31 mart 2022-ci ilədək uzadılmasına əngəl törətməyə cəhd göstərib. Özü də İrəvanən bu hərəkəti Donbasda gərginliyin artdığı bir ərəfəyə təsadüf edir. 

Lakin hər dəfə olduğu kimi, bu dəfə də Ermənistanın beynəlxalq təşkilatlarda ciddi nüfuz və çəkiyə malik olmadığı sübuta yetdi - rəsmi Yerevan qısa müddət "müqavimət" göstərə bildi və martın 31-də missiyanın büdcəsi və mandatı təsdiqləndi.

Xatırladaq ki,  Ermənistan dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlara münasibətdə bu cür şantaja əl atıb. 2016-cı il dekabrın 31-də Ermənistan heç bir arqument gətirmədən ATƏT-in Özbəkistan və Qırğızıstandakı layihə koordinatorlarının, Rusiya-Ukrayna sərhədindəki ATƏT müşahidəçilərinin mandatının uzadılmasını və ümumilikdə 2016 il üçün ATƏT-in büdcəsinin qəbulunu bloklamışdı.

O zaman yalnız XİN başçısı E.Nalbandyanın Vyanaya çağırılmasından sonra Yerevan əsassız şantajı dayandırdı. 2019-cu ilin noyabrında Ermənistan ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun tərkibində Türkiyədən olan zabitinin olmasına etiraz edərək qrupun fəaliyyətinə imkan vermədi. 

İrəvan COVİD-19-la mübarizə çərçivəsində Azərbaycanın beynəlxalq arenada irəli sürdüyü humanitar təşəbbüsləri də boykot etməyə çalışıb. Buna baxmayaraq, onun bütün bu destruktiv fəaliyyəti hər zaman iflasa uğrayıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31