Politoloq: “Dövlət başçısının Zirvə görüşündəki çıxışında Ermənistanın ifşasının şahidi olduq”
1 Aprel 2021 11:39 Siyasət"Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışında hər zaman olduğu kimi ilk növbədə Qarabağ məsələsi haqqında danışdı. Dövlət başçısı ilk növbədə işğal altında olan torpaqların azad edilməsi uğrunda müharibənin başlanması səbələrini qeyd etdi". Bunu "Olaylar"a deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, təbii olaraq dövlət başçısının çıxışında Ermənistanın ifşasının şahidi olduq: "Prezident qeyd etdi ki, Ermənistan rəhbərliyi hər şey etdi ki, müharibə başlasın. Diqqətə çatdırdı ki, beynəlxalq təşkilatların torpaqların qaytarılması ilə bağlı sanksiyasının olmasına baxmayaraq təəssüflər olsun ki, Ermənistanın immitasiya xarakterli danışıqlarla məşğul olduğunun şahidi olurduq. ATƏT-in Minsk qrupu 30 il ərzində demək olar ki, fəaliyyətsiz idi, hansı ki, BMT Təhlükəsizilik Şurasına daxil olan beş dövlətdən üçü həmin qurumda təmsil olunur. Cənab prezident qeyd etdi ki, Minsk qrupu guya münaqişənin həllində Ermənistana gücü çatmadığını qeyd edir, amma məlumdur ki, Minsk qrupu istəsəydi regionun bütün nöqtələrində olduğu kimi Cənubi Qafqazda da sülhün, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında əlindən gələni edərdi. Təəssüflər olsun ki, bunu etmədi. Eyni zamanda, prezident İlham Əliyev Türkiyə dövləti və prezidentinə müharibə dövründə tutduğu mövqeyə görə təşəkkür etdi. Çox vacib bir məqamı qeyd edərək bildirdi ki, məhz Türkiyənin fəal rolu və bəyənatları sayəsində üçüncü dövlətlər Qarabağ müharibəsində iştirak etmədilər. Bu olduqca vacib idi, çünki üçüncü dövlətlərin doğrudan da 44 günlük müharibə zamanı müxtəlif vaxtlarda hərbi əməliyyatlarda Ermənistan tərəfindən qoşulmaq kimi fikirləri həmin ölkələrin kütləvi informasiya vasitələrində gedirdi. Lakin Türkiyə rəhbərliyinin xəbərdarlığı həmin dövlətlərin müharibəyə fəal şəkildə hərbi müdaxiləısinin qarşısını almış oldu. Unutmayaq ki, məhz üçüncü dövlətlər səbəbindən Ermənistan otuz il ərzində Azərbaycanla azğınlaşmış dildə danışırdı. Düşünürdü ki, Azərbaycan heç vaxt müharibəyə başlaya bilməyəcək.
Sonuncu Zəngəzur faktoru idi ki, Prezidnet çıxışında bidirdi ki, tarixi Azərbaycan torpağı olan Zəngəzur vaxtilə türk dövltləri arasında çat salmaq üçün Ermənistana verildi və artıq müharibədən sonra Zəngəzur vasitəsilə Türk dünyası birləşəcək. Ermənistandakı revanşiv qüvvələrə mesaj verərək bildirdi ki, unutmasınlar ki, Azərbaycanla bağlı qeyri-konsruktivlik və azğınlıq yenə də nümayiş etdirərlərsə, biz tarixi torpaqlarımızın Ermənistan ərazisində olduğunu unutmamışıq. Necə ki, 44 günlük müharibədə qalib gəldik, bundan sonra da kimlərsə Azərbaycanla yenə də başqa dildə danlşaırlarsa, biz Zəngəzur və digər Azərbaycan torpaqlarını yadımıza sala bilərik".