“Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını növbəti dəfə prinsipiallıqla ifadə və müdafiə etdi”

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə əsas diqqət yetirdiyi və prioritet təşkil edən məsələlərdən biri, daha dəqiq desək birincisi Dağlıq Qarabağ problemi olub.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə əsas diqqət yetirdiyi və prioritet təşkil edən məsələlərdən biri, daha dəqiq desək birincisi Dağlıq Qarabağ problemi olub. Əgər keçən ilin sentyabr ayında qeydə alınan növbəti erməni təxribatı və ona qarşı başlanan əks-hücum əməliyyatına qədər dövlət başçısı bir qayda olaraq keçirdiyi görüşlər, iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə qəti şəkildə beynəlxalq aləmdən ədalətsizliyə, ikili standartlara son qoyaraq Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxarması tələbini səsləndirməyi istəyir və düşmən ölkəyə qarşı ciddi tədbirlərin görülməsinə çağırış edirdisə, 44 günlük Vətən müharibəsindən keçən dövr ərzində dünya birliyinə Ermənilərin uzun illər işğalda saxladıqları şəhər və rayonlarımızda törətdikləri vəhşiliklər, dağıntılar, vandalıqlar barədə məlumat çatdırır, Ermənistan rəhbərliklərinin qeyri-insani davranışlarını bütün dünyaya göstərir. 44 günlük Zəfərdən sonra Cənab İlham Əliyev keçirdiyi bütün görüşlər, iştirak etdiyi tədbirlərdə bu faktı dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ötən gün isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev türk dünyasını, türkdilli dövlətləri erməni vəhşilikləri, vandallıqları barədə məlumatlandırmış oldu. Dövlət başçısı 44 günlük Vətən müharibəsinin başlama səbəbindən tutmuş, müharibənin gedişi, ərazilərimizin işğaldam azad edilməsi, eləcə də düşmən tapdağından xilas edilən şəhər və rayonlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərinə qədər bütün detallar barədə zirvə görüşü iştirakçılarını ətraflı şəkildə bilgiləndirdi. Bir sözlə Cənab prezident zirvə görüşündəki çıxışını əsasən Qarabağ mövzusuna həsr etdi. Elə Milli Məclisin deputatı Könül Nurullayeva da bu qənaətdədir. Millət vəkili bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən gün keçirilən qeyri-rəsmi Zirvə Görüşündə Prezident İlham Əliyev toplantıdakı çıxışını əsasən Qarabağ mövzusuna həsr etdi. Deputatın sözlərinə görə, bu, növbəti dəfə Azərbaycan Prezidentinin bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiəsinin növbəti göstəricisidir: "Ümumiyyətlə, bu qlobal platformada aparılan vacib məsələlərin müzakirəsi üzv ölkələr arasında sıx əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə kimi qiymətləndirilməlidir. Məlumdur ki, Azərbaycanın quruma sədrliyi pandemiya dövrünə təsadüf etdi. Lakin bununla belə, rəsmi Bakının sədrliyi dövründə təşkilatın fəaliyyətində ciddi aktivlik müşahidə olunur. Məlumdur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Naxçıvan sazişinin imzalanması ilə yaradılıb və qurum beynəlxalq proseslərdə aktiv iştirakı ilə seçilir.  2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana keçdikdən sonra Şuranın COVİD-19 da daxil olmaqla bir sıra qlobal problemlərin həllində təşəbbüskar mövqedən çıxış etməsi əsl qobal həmrəylik və əməkdaşlıq nümunəsi idi".

Könül Nurullayeva qeyd edib ki,  təşkilatın fəaliyyətinə yeni reallıqlar fonunda baxmaq daha maraqlıdır: "Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Şuraya üzv ölkələr üçün də yeni perspektivlər açılıb. Bu gün Cənubi Qafqazda nəqliyyat-kommunikasiya sferası əsas əməkdaşlıq hədəfləri sırasındadır. Xüsusilə tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan, daha sonra Türkiyə ilə birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektoru üçün böyük imkanlar yaradır. Prezident İlham Əliyevin də söylədiyi kimi, Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir. Bu rəmzilik bu gün daha ciddi əsaslarla əməkdaşlığa töhfə verməkdədir".

Millət vəkili onu da bildirib ki, üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsinə yönəlmiş səylər Zirvə Görüşünün yekun bəyannaməsində də əksini tapıb: "Ən vacib məqamnlardan biri isə üzv dövlətlərin Azərbaycan ərazilərinin işğaldan azad edilməsini təqdir etməsi, münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarının ifadə olunmasıdır".

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31