İranla Çin arasında bağlanan müqavilə region dövlətlərə nə vəd edir?

Əlimusa İbrahimov: “ Bu müqavilə İran-Amerika danışıqlarında Amerikanın mövqeyini xeyli zəiflədəcək”

Əlimusa İbrahimov: " Bu müqavilə İran-Amerika danışıqlarında Amerikanın mövqeyini xeyli zəiflədəcək"

Iranla  Çin arasında Strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması ABŞ və region dövlətlərin müxtəlif reaksiyasına səbəb olub. Əslində 25 illik müqavilə nəticəsində İranla Çinin münasibətlərinin bu qədər yaxınlaşacağı gözlənilən idi və heç kim bunu  təəcüblə qarşılamadı. Politoloq Əlimusa İbrahimovun bildirdiyinə görə, xüsusilə, ABŞ-da  təzyiq və sanksiya altında olan iki dövlət arasında bu anlaşmanın imzalanması barədə məlumatlı idilər. Buna görə də Bayden hələ seçki kompaniyası zamanı İranla yaxınlaşma kursu güdəcəyi haqqında işarələr verirdi. Lakin hakimiyyətə gəldikdən sonra bu İranla- Amerika arasında Trampın sökdüyü körpüləri bərpa etmək məsələsi bir qədər arxa plana keçdi.  Yeni prezident İranı dilə tutmaq şansını itirdi. İran-Çin yaxınlaşması Amerikanın həm İran, həm də Çinlə danışıqlarında yeni maneələr ortaya qoyacağı artıq proqnozlaşdırıla bilən hadisələr sırasına daxil oldu. Politoloq qeyd edib ki, neftlə zəngin və regionda yetərincə nüfuza malik, amma Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyalar altında üzülən İran İslam Respublikası ilə nəhəng, amma İran kimi Amerikanın sanksiyalarına məruz qalmış Çin Xalq Respublikası arasında 25 illik müqavilənin imzalanması Yaxın Şərqdə Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri üçün yeni təhlükə mənbəyi hesab oluna bilər. Bu təhlükənin bünövrəsi  Amerikanın keçmiş Prezidenti Donald Tramp tərəfindən qoyulub: "İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif və Çin Xarici İşlər Naziri Uanq Yinin iştirak etdiyi imzalama mərasimində müqavilə haqqında geniş məlumat verilməməsinə baxmayaraq müqavilə çərçivəsində Çinin İran iqtisadiyyatına 400 milyard dollar vəsait qoyacağı haqqında informasiya artıq kütləvi informasiya vasitələrinə ötürülüb. New York Times qazetinin əldə etrdiyi məlumata əsasən Çin neft qarşılığında İrana investisiya verəcək. Həmçinin qeyd olunur ki, hər iki ölkə hərbi, kəşfiyyat və elmi tədqiqat sahəsində əmkdaşlıq edəcək, birgə təlimlər keçirəcəklər. Müqavilə 41 il bundan əvvəl Qərbpərəst  şahın devrilməsindən sonra yaradılan  İran İslam Respublikası ilə Çin Xalq Respublikası  arasında inkişaf etdirilən iqtisadi, ticari və hərbi əməkdaşlığın ən yüksək mərhələsi hesab oluna bilər. Müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirilməsi ilə yanaşı müqavilə hərbi kəşfiyyat sahəsində əlaqələrin gücləndirilməsini və terrorizmə qarşı birgə mübarizəni ehtiva edir. Bununla İran Çin təşəbbüsü olan " Kəmər və Yol" hərəkatına daha mıhkəm bağlanır". Ə.İbrahimov qeyd edib ki,  son ilə qədər Çin İranla münasibətlərində ehtiyatlı tərpənir və neftlə zəngin Səudiyyə Ərəbistanını  qıcıqlandıracaq dərəcədə müəyyən çərçivəni keçməməməyə çalışırdı: "2019-cu ildə Çin öz neft ehtiyacının 17 faizini təkcə Səudiyyə Ərəbistanı hesabına ödəmişdir. 10 faiz İraqdan sonra Küveyt , Birləşmiş Ərəb Əmirlikləri, Oman Çinin neft aldığı ölkələrdəndir. İran isə bu siyahidə 3 faizlik payla sonuncu yerlərdən birini tutur. Çin eyni zamanda İranın digər düşməni hesab olunan İsraillə də hərbi və kəşfiyyat sahələrində əməkdaşlıq edir. Çin Amerika sanksiyalarında öncə İranın aparıcı ticarət tərəfdaşı və İran neftinin ən böyük tədarükçüsü idi. Lakin 2018-ci ildə Trampın İrana qarşı birtərəfli sanksiyalar tətbiq etməsi bu əməkdaşlığı xeyli zəiflətdi. İranla Çin arasında bağlanan bu müqavilə heç şübhəsiz gələcək İran-Amerika danışıqlarında Amerikanın mövqeyini xeyli zəiflədəcək və Yaxın Şərqdə İrana daha sərbəst hərəkət imkanı saxlayacaq. Eyni zamanda bu müqavilə Amerika-Çin danışıqlarına da təsirsiz ötüşməyəcək. Qeyd olunan müqavilə 2016-cı ildən bəri iki dövlət arasında müzakirə mövzusu idi. 2016-cı ildə Çin Prezidentinin İrana səfəri zamanı hazırlanmış və imzalanmaya təqdim olunmuşdu. Lakin Amerika Birləşmiş Ştatlarının verə biləcəyi mənfi reaksiya ölkə rəhbərlərini müqaviləni imzalamaqdan çəkindirirdi. Lakin indiki vaxtda Bayden hakimiyyətinin həm İran, həm də Çin üçün gözləntiləri doğrultmayacağı məlum olandan sonra onlar hazır müqaviləni imzalamaqdan başqa çıxış yolu görmədilər. Daha doğrusu Amerika onlara başqa yol saxlamadı."İran xalqı və milləti həmişə Çin kimi dürüst və müstəqil ölkələrlə əlaqələri inkişaf etdirməyə çalışmışlar." Deyə İran İslam Respublikasının dini lideri Ayətullah Əli Homenyi bildirmişdir. Dini lider  təqdim olunan müqavilənin "dəqiq və məqsədəuyğun" olduğunu da ifadə etmişdir. Bu müqavilə imzalamaqla İran ilk dəfə belə uzunmüddətli əməkdaşlığa imza atır. 2001-ci ildə Rusiya ilə İran arasında nüvə sahəsində əməkdaşlıq haqqında 10 illik müqavilə imzalamış, sonradan bu müqaviləni iki dəfə 5 illiyinə uzatmışlar. Müqavilə eyni zamanda turizm və mədəni sahələri də əhatə edir və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 50 illiyinə təsadüf edib. İranla  Çin arasında ticarət dövriyyəsi son illərə qədər  illik 50 milyard dollar ətrafında omuşdur. Lakin Trampın məlum sanksiyalarından sonra rəqəm iki dəfədən çox azalmışdır.Bütün bu hadisələr və İsrail dövlətinin İranla münasibətdə Amerika hökumətinin əl-qolunu bağlaması iranı vəziyyətdən çıxmaq üçün yeni variantlar üzərində işləməyə məcbur etdi. İndi tam əminliklə vurğulamaq olar ki. 2016-cı ildən bəri prezidentlərin masası üzərində imzalamğı gözləyən bu müqavilə üzərində yeni qeydlər məhz Amerikanın təsiri və təzyiqi nəticəsində edildi. Bu qeydlər gegion və dünyanın yeni nizama doğru irəliləməsi istiqamətində ilk addımlardır. Pekin və Tehran arasında 2016-cı ildən bu vaxta qədər müzakirəsi aparılan  "Hərtərəfli Strateji əməkdaşlıq haqqında" müqavilənin imzalanması Fars Körfəzində yerləşən Ərəb ölkələri, İsrail və hətta Amerika Birləşmiş ştatları tərəfindən onalra qarşı ciddi təhlükə kimi qiymətləndirilir. Bu müqavilənin  İranın regionda nüfuzunun daha da artırılmasına xidmət edəcəyini proqnozlaşdırır və bundan narahat olurlar. İranın İsrailə qarşı Fələstinə yardım etməsi, Əfqanıstanda Amerika qüvvələrinə qarşı çıxması bu narahatlığın əsassız olmadığının sübutudr. İsrail və Amerikanın İranla Çin arasında bağlanmış müqavilə qarşısında hansı addımlar atacağı hələ məlum deyil. Bu dövlətlərin rəsmiləri hələlik susmağa üstünlük verirlər".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31