Mart qırğınları zamanı ermənilər qədim memarlıq abidələrimizi top atəşinə tutaraq dağıdıblar

31 mart erməni daşnaklarının  bolşeviklərilə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümüdür. Soyqırımından 103 il ötür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Konqres Partiyasının sədri İxtiyar Şirinin sözlərinə görə, rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə itkin düşmüş azərbaycanlıların da erməni daşnakları tərəfindən qətl edildiyi, lakin onların meyidlərinin basdırılaraq soyqırımın izlərinin itirildiyi müəyyən edilib: "Cənubi Azərbaycanda erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri qətliamlar nəticəsində orada da on minlərlə azərbaycanlı qətlə yetirilərək soyqırıma uğrayıb. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da  Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalanıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Ermənilər tərəfindən soyqırıma uğramış bütün azərbaycanlılara Allah rəhmət etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31