Prezident nazir və nazir müavininə yeni vəzifə verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Olaylar.az xəbər verir ki, Sərəncama əsasən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Xalid Əhədov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Rəhman Hümmətov - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Ruslan Əlixanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Zaur Qurbanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Fikrət Şirinov - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.

Dövlət başçısı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının da tərkibini təsdiq edib:

Müşahidə Şurasının sədri

Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Məmməd Abbasbəyli - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini

Samir Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri

Zaur Qurbanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Vüqar Məcidli - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

Prezident başqa bir sərəncamla "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibini təsdiqləyib:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azər Mursaqulov - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Ruslan Əlixanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Emil Məcidov - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.

İlham Əliyev həmçinin Bakı Nəqliyyat Agentliyinə məxsus "BakuBus" MMC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.

Müşahidə Şurasının sədri

Elnur Əliyev - iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Şahin Babayev - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri

Günel Cavadova - Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31