Prezident Rəşad Nəbiyevə yeni VƏZİFƏ VERDİ - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Olaylar.az xəbər verir ki, sərəncamda deyilir:

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

AZAL-ın Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev - nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Xalid Əhədov - Birinci vitse-prezidentin köməkçisi

Elnur Əliyev - iqtisadiyyat nazirinin müavini

Rəhman Hümmətov - nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Ruslan Əlixanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Zaur Qurbanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Fikrət Şirinov - Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31