Azərbaycan və Pakistan xarici işlər nazirləri görüşüblər
30 Mart 2021 14:51 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi Düşənbədə görüşüblər."Olaylar"ın xəbərinə görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Görüş Düşənbədə keçirilən "Asiyanın Ürəyi - İstanbul Prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində baş tutub. Görüş zamanı nazirlər ikitərəfli münasibətlərdəki prioritet sahələri, həmçinin iqtisadi əlaqələrin gücləndirilməsi və xalqlar arasında əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31