Soyqırım siyasətinə qarşı mübarizədə həmrəylik zəruri şərtdir
30 Mart 2021 11:35 Siyasət31 mart soyqırımı milli mənsubiyyətə görə həyata keçirilən, düşünülmüş və məqsədli şəkildə insanlarla yanaşı milli-mənəvi irsə vurulan ziyan baxımdan həcminə görə digər soyqırımlardan fərqlənir. Ermənilər çoxdankı arzusu olan Dənizdən-dənizə planlarını həyata keçirmək üçün məqsədəuyğun zaman axtarışına çıxmışdı. O zaman Şərqin ilk cümhuriyyəti olan AXC-nin Rusiya ilə münasibətlərində soyuqluq yaranması ermənilər üçün əvəzedilməz fürsət idi. Belə bir məqamda Bakı, Şamaxı, Quba eləcədə digər qəzalarda vətəndaşlara divan tutmağa başladılar. Proseslərə daha öncələrdən start verən erməni daşnaqları vətəndaşları haqsız yerə incidir, onların mülklərini talan edirdi. Mart ayının 31-dən aprel ayının 3-nə qədər həyata keçirilən soyqırımda minlərlə insanın kütləvi tələfatını həyata keçirdilər. Soyqırım barəsində tarixçi alimlər, hadisə şahidləri eləcədə soyqırımı araşdıran mütəxəsislər bu yöndə kifayət qədər məlumat verib. Bu yöndə müxtəlif hüquqi sənədlər mövcuddur. Bu sənədlərin ən əsası isə Ulu öndər Heydər Əliyevin fərmanı ilə 31 mart "Azərbaycanlıların Soyqırımı" günü kimi qeyd olunmasıdır. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Qubada Genosid Memorial Kompleksi ucaldılıb. Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya - giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
"Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədr müavini