SSRİ dövründə Ermənistan və Azərbaycan arasında sərhəd necə müəyyənləşib?
30 Mart 2021 10:55 Siyasət"Ermənistan rəsmiləri Ermənistan-Azərbaycan sərhəddinin 1975-1976-cı illər SSRİ hərbi xəritələrinə əsasən müəyyənləşdiyini və artıq qurulduğunu elan ediblər". Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, həmin illər Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi (1969-1982-ci illər) dövrlərdir: "Belə aydın olur ki, onun siyasi hakmiyyətinə qədər iki respublika arasında dəqiq sərhəd xətti yox imiş. Ancaq Heydər Əliyevin mərkəz qarşısında təkidlə məsələ qaldırdıqdan sonra SSRİ müdafiə nazirliyi Ermənistan və Azərbaycan arasında dəqiq sərhəddi müəyyənləşdirir. Sərhəddin hərbi xəritələrlə müəyyən edilməsinin də öz mənası var: Ermənistanda digər bir mülki strukturun rəyini qəbul etməyə də bilərdilər. Bu isə Heydər Əliyevin ötən əsrdən indiki dövr üçün hesablanmış daha bir uzaqgörənliyidir".