Sarqsyan-Koçaryan cütlüyünün qara günləri başlayıb

 " Mən siyasət səngərindən çıxmayacam, mən cəbhədən qaçanlardan deyiləm, keçmiş həyatımla artıq sübut etmişəm ki, vəzifədən asanlıqla əl çəkə bilərəm, erməni xalqı naminə bütün hökumətdən əl çəkə bilərəm, amma mən erməni dövlətçiliyini qoruyan səngəri heç vaxt tərk etmərəm, bunda şübhəniz olmasın."  
Bu barədə Ermənistanın 3-cü prezidenti Serj Sarqsyan 18 martda Məhkəmə  önündə tərəfdarlarına müraciət edərkən deyib. Ermənistan Respublika Partiyasının səsi gur olub, bundan sonra da elə olacaq-deyə o bildirib. " Bizim fəaliyyətitimiz dəqiq, hesablanmış, sistemlii, məqsədyönlü və ədalətli olacaq." Deyə Serj Sarqsyan bəyan edib. Bunun seçkiqabağı müraciət, yaxud çağırış olduğu məlum olmasa da. Keçmiş prezidentin narahatçılığına əsas verən hadisələrin baş verməsi göz qabağındadır. Artıq Qarabağ klanının xaç atalarından birinin müvazinəti pozulur. Bu da təbii ki, Ermənistanda baş verən son hadisələr fonunda cərəyan edir. Ermənistan Respublika Partiyası iyunun 20-nə keçirilən seçkilərdə iştirakı barədə qərar qəbul etməyib. Sadəcə buna hələ yetərincə zaman yox idi. Çünki, Ermənistanda mövcud olan siyasi partiyaların demək olar ki, hamısı növbədənkənar seçkilərin keçirilməsini tələb edirdi. Lakin seçkilərin keçirilməsi haqqında qərar qəbul edildikdən sonra müxalifəti təmsil edən bütün qüvvələr sanki pat vəziyyətinə düşüb. Onlar sanki, yeni yaranmış şəraitə uyğun hərəkət etməkdə çətinlik çəkirlər. Bu da Paşinyanın onların növbəti təzyiq vasitəsini əllərindən alması ilə əlaqədardır.
Müxalifət Paşinyansız seçki keçirmək niyyətində idi. Yəni seçkilərə qədər Paşinyanın istefasına nail olaraq onu neytrallaşdırmaq və beləliklə seçkilərdə ona administrativ resurslardan istifadə etməyə imkan verməmək istəyirdilər. Amma hadisələr heç də onların istədiyi istiqamətdə getmədi və bu müxalif cəbhədə gərginliyi daha da artırır.
Növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar qərarın qəbul edilməsi, həm də Baş Nazirin istədiyi formada qəbul edilməsi, Ermənistan Silahlı Qüvvələri keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın  vəzifədən azad edilməs və onun yerinə öz namizədi  Artak Davtyanın təyin edilməsinə   nail olduqdan sonra Nikolun müxalif qüvvələr üzərində ikinci ciddi qələbəsidir.
"Ermənistan silahlı qüvvələri siyasi məsələlərdə öz neytrallığını saxlayacaq". "Sputnik Armenia"yanın verdiyi xəbərə görə, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi postuna yeni təyin olunan Artak Davtyanın açıqlamasında bildirilib.
"Konstitusiyadakı statusuna görə hökumətin nəzarəti altında fəaliyyət göstərən və eyni zamanda mülki nəzarətdə olan Ermənistan Silahlı Qüvvələri yalnız müdafiə, təhlükəsizlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı təmin etmək öhdəliyini rəhbər tutaraq siyasi məsələlərdə bitərəf olacaq", bəyanatda qeyd olunub. 
Bu müxalif qüvvələrin siyasi məsələlərdə hərbçilərdən istifadə etmək və bununla Ermənistanda gərbi çevriliş həyata keçirməklə bağlı qurulan planlarını alt-üst etdi.
18 martda Nikol Paşinyanla Çiçəklənən Ermənistan Partiyasının başçısı Qagik Tsarukyanın görüşü baş tutdu. Bu görüşdən sonra Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyi haqqında bəyanat verdi. Sarqsyanın yuxarıda qeyd etdiyimiz çıxışının bu görüşdən əvvəl baş tutmasına baxmayaraq , növbədənkənar seçkilərin keçirilməsi haqqında razılaşma daha əvvəl həll olunub. Heç şübhəsiz, Sarqsyan bu barədə məlumatlı idi və tərəfdarları qrşısında çıxışı zamanı nəzərdə tutulan seçki ilə bağlı ilkin fikirlərini açıqladı. 
Tsarukyan-Paşinyan görüşündən sonra  Çiçəklənən Ermənistan Partiyasının yeni qüvvə kimi meydana çıxması  mövcud vəziyyəti kökündən dəyişdi və müxalif qüvvələrin 5 aya yaxın müddətdə apardığı mübarizəni heçə endirdi. Bu Nikol Paşinyanın istefasını tələb edən və Çiçəklənən Ermənistan partiyasının da iştirakçısı olduğu 17-lik formatın bitməsi mənasına gəlir. Radikal müxalifətdən təşkil olunmuş 17 partiyanın parçalanması artıq göz qabağındadır. 17 formatın dağıntıları arasından Robert Koçaryan, Serj Sarqsyan və Qagik Tsarukyanın fiqurları görünməyə başlayır. Paşinyanın irəli çıxan bu qüvvələrlə seçki marafonuna qoşulması heç şübhəsiz onun finişə hamıdan əvvəl və ehtiyat qüvvə ilə çatmasına şərait yaradacaq. 
Paşinyan-Tsarukyan sövdələşməsindən sonra siyasətçiləri bir məsələ düşündürür: Bu görüş Çiçəklənən Ermənistan Partiyasının seçkilərdə iqtidar partiyasının köməyi ilə onun tərəf müqabilə səviyyəsinə qaldırılmasına səbəb olacaqmı? Yəni Tsarukyan əvvəlki seçkidən daha çox yer tutmağa Paşinyandan zəmanət ala bilibmi?
Bu qədər ciddi məğlubiyyətə uğradıqdan sonra, müxalif qüvvələr, o cümlədən, Robert Koçaryan və Serj Sarqsyan Tsarukyanın seçkiyə Paşinyanla tandemdə getməsinin əleyhinədirlər və doğru olaraq hesab edirlər ki, Paşinyanla yaxınlıq Tsarukyana daha çox yer qazanmağa kömək edəcək. Bu yerlər də Ermənistan Respublika Partiyası və Robert Köçəryanın ciddi qüvvə itirməsi ilə nəticələnəcək.
Bütün bu məsələlər-Paşinyanın növbədənkənar seçkilərdə qalib gəlməsi qorxusu Serj Sarqsyanı hərəkətə keçirib. Çünki, seçkilər Paşinyan üçün yeni qüvvə və imtiyazlar demək olacaq. O, Baş Nazir kimi indi icrasını həyata keçirə bilmədiyi məsələləri sona  çatdıracaq və ən əsası Qarabağ klanınının darmadağın edərək erməniləri Koçaryan - Sarkisyan zülmündən xilas edəcək. 
Əlimusa İbrahimov.
Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31