İstefaya kim gedir-Paşinyan, yoxsa Sarkisyan?

Böyük səbirsizliklə gözlənilən Armen Sarkisyan və Nikol Paşinyan görüşü başa çatdı. Amma nə Ermənistan müxalifəti, nə də ictimaiyyəti bu görüşdən istədiyi nəticəni ala bilmədi.

Böyük səbirsizliklə gözlənilən Armen Sarkisyan və Nikol Paşinyan görüşü başa çatdı. Amma nə Ermənistan müxalifəti, nə də ictimaiyyəti bu görüşdən istədiyi nəticəni ala bilmədi. Müxalifət Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün ölkədə yeni Parlament seçkilərinin keçirilməsinə çalışırdı. Amma Prezidentlə görüşdə Parlament seçkilərinin artıq may ayında keçirilə biləcəyi razılaşdırılsa da, bu seçkilər Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün kifayət etməyəcək. Politoliq Əlimusa İbrahimovun sözlərinə görə, yeni seçkilər də Paşinyanın nəzarəti altında təşkil olunacaq və heç şübhəsiz əlində olan resurslar Paşinyanın " Mənim addımım" blokunun parlamentdə yerlərin çoxunu zəbt etməyə imkan  verəcək: "Müxalifət isə bununla razılaşa bilmir. Çünki Paşinyanın qələbə çalacağı parlament seçkilərindən sonra onların başına nə oyun gələcəyini təsəvvür etmək üçün heç də ekstrasens olmaq lazım deyi. Ermənistan cəmiyyətinin isə Prezident, Baş Nazir və müxalifət görüşündən gözlədiyi nəticə ölkədə nəhayət əmin-amanlığın əldə olunacağı idi. Bu da müxalifət və iqtidar arasında yaxınlaşmanın olacağı təqdirdə mümkün ola bilərdi. Amma görüş haqqında verilən məlumatlara görə mövqelərin yaxınlaşması hazırkı vəziyyətdə utopiyadan başqa bir şey deyil. Prezidentin  bütün siyasi qüvvələrin rəhbərlərini görüşə dəvət etməsinə baxmayaraq, görüşdə Paşinyanla yanaşı " Mənim addımım" parlament fraksiyasının rəhbəri Lilit Makuns və "Zəkalı Ermənistan" Fraksiyasının başçısı Edmon Marukyan iştirak ediblər. " Vətənin Xilası Hərəkatının" nümayəndələri iştirak etməkdən boyun qaçırıblar. Onlar Baş Nazirin istefası və Vazgen Manukyanın liderliyi altında keçid hökumətinin yaradılmasından sonra Parlament seçkilərinin keçirilməsini tələb edirlər. Təbii ki, müxalifət gələcək seçkilərdə Paşinyanın əlində olan resurslardan öz mənafeləri naminə istifadə etmək və bununla da Parlamentdə çoxluq qazanmaq niyyətindədirlər".

Politoloq bildirib ki, görüş barəsində Ermənistan Prezidentinin mətbuat xidmətinin verdiyi məlumat demək olar ki heç nə deyilmir. Sadəcə görüşün təşkil olunması haqqında xəbər verilir və qeyd olunur ki, görüş zamanı siyasi qüvvələr arasında dioloqun zəruriliyi qeyd olunub və vəziyyətin sabitləşdirilməsi üçün növbədənkənar seçkilərin keçirilməsi təklif olunub: "Növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında ilk müsbət reaksiya "Mənim addımım" blokunun nümayəndəsindən gəlib. " Biz hətta may ayında parlament seçkiləriinə getməyə hazırıq. Amma seçkilər nəticəsində  onların parlamentdə yerlərinin ciddi azalacağını hiss edən   müxalif qüvvələrin buna razı olmayacaqlarından ehtiyat edirik." Amma  parlamentdəki müxalif qüvvələr də növbədənkənar parlament seçkilərinə olumlu baxdıqlarını bildirirlər. Məsələn " Zəkalı Ermənistan" fraksiyasından olan deputat Karen Simonyan qeyd edir ki, biz növbədənkənar seçkilərin yaranmış vəziyyətdən yeganə çıxış yolu olduğunu israrla bildiririk. Amma : " məsələn əgər Paşinyan aprelin 1-də istefa versə, iki həftədən sonra parlament buraxılacaq və mayın 30-dan gec olmayaraq parlament seçkiləri keçiriləcək." " Çiçəklənən Ermənistan" fraksiyasının lideri Qgik Sarukyan da daxili siyasi gərginliyi aradan qaldırmaq üçün növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyi haqqında bəyanat verib. Baş Nazirin hakimiyyət uğrunda mübarizədə əsas rəqiblərindən biri olan keçmiş prezident, Qarabağ klanının başçılarından biri Robert Köçəryan da növbədənkənar parlament seçkilərində iştirak edəcəyi haqqında bəyanat verib. Amma onun hansı şərtlər irəli sürəcəyi hələ məlum deyil. Məlum olan budur ki, Koçaryan üzərində domokl qılıncı kimi asılan cinayət prosesindən qurtarmaq istəyir və ömrünün qalan gününü azadlıqda keçirmək üçün bu gün ermənistanda mövcud olan istənilən siyasi qüvvə ilə əmkdaşlıq etməyə hazırdır. Amma indiki halda Ermənistanda növbədənkənar seçki keçirmək elə də asan görünmür. Konstitusiyaya görə əgər fəaliyyətdə olan Baş Nazir istefa verərsə və parlament iki cəhddən sonra onu seçə bilmirsə növbədənkənar seçki keçirmək olar".

Onun sözlərinə görə, seçki yolu ilə müxalifətin onu hakimiyyətdən uzaqlaşdırılmasının mümkün olmayacağını başa düşən Paşinyan elə bu səbəbdən Prezidentin israrlı təklifi ilə razılaşıb. Bununla o ölkədə müəyyən qədər skitliyə nail olmaq və əks cəbhədə dayanan qüvvələri zərərsizləşdirmək istəyir: "Prezident Aram Sarkisyan isə sonda,  yaxın dostlarından birinin ona təklif etdiyi kimi istefa verib Londondakı biznesinə qayıtmaq haqqında daha ciddi düşünməyə başlayıb. O artıq siayasət adamı olmadığını dərk edir. Bu barədə adını bildirmək istəməyən müxalifət nümayəndəsi məlumat verib. Bu bəlkə də, həm müxalifəti, həm də Paşinyanı yumşaltmaq üçün Prezident tərəfindən irəli atılmış bir şayiədir. Hər halda son 5  ayda  mənəvi cəhətdən aldığı zərbələrdən sonra Aram Sarkisyanın bu addımı məntiqli olardı. O heç olmasa siyasi sahədə səriştəsizliyini sübut etsə də, biznesmen kimi imicini qoruyardı".

Alim  

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31