Prezidentdən qərar: yoxlamalar bu tarixədək dayandırıldı
17 Mart 2021 22:51 SiyasətSahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunda dəyişiklik edilməsi təsdiqlənib.
Olaylar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılıb.
Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31