Pakistan Ermənistanı dövlət kimi tanımaq üçün şərtini AÇIQLADI
17 Mart 2021 14:53 Siyasət"Azərbaycanla münasibətlər Pakistan üçün prioritetdir".
Olaylar.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hai Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən "Pakistan bu gün" seminarı zamanı deyib.
"Bir çox ölkələrlə münasibətlərimizi yaxşılaşdırmağa çalışırıq. Pakistan Ermənistanı dövlət kimi tanımır. Ermənistanla birbaşa münaqişəmiz yoxdur, mövqeyimiz Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədardır. Azərbaycanla Ermənistan arasında həll olunmamış məsələ qalmazsa, gələcəkdə Ermənistanla münasibətləri də normallaşdırmağa hazırıq", - səfir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31