Regionda kommunikasiyalar açılsa, Ermənistan da faydalarını görəcək - Ceyhun Bayramov
17 Mart 2021 14:04 SiyasətRegionda kommunikasıyalar açılsa, bütün region ölkələri, o cümlədən Ermənistan bunun faydasını görəcək.
Olaylar.az bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçokla birgə mətbuat konfransında deyib.
C.Bayramov bildirib ki, 10 noyabr razılaşmasında kommunikasiyaların açılması nəzərdə tutulub. Nazir bildirib ki, kommunikasiyaların açılması üçün bütün tərəflər öz öhdəliklərini yerinə yetirilməlidir. O qeyd edib ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın tərəfdarıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31