Azərbaycan Prezidentinin işğaldan azad edilən ərazilərə səfərləri
17 Mart 2021 12:52 SiyasətMVP rəsmisi: "Qarabağa böyuk qayıdışın heç də uzaqda olmadığından xəbər verir"
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra müntəzəm olaraq düşmən işğalından azad edilmiş ərazilərimizə səfərləri bir neçə istiqamətdən xüsusilə əhəmiyyətlidir və bir neçə məqsədə xidmət edir. Bu günlərdə dövlət başçısının Füzuli və Xocavənd rayonlarında, eləcə də Şuşa şəhərində səfərdə olması məhz həmin məqsədlərdən biridir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli və Xocavənd rayonlarına səfərinin əhəmiyyətindən danışarkən vurğulayıb. Partiya rəsmisi bəyan edib ki, dövlət başçısının işğaldan azad edilən şəhər və rayonlarımıza davamlı olaraq səfər etməsi ilk növbədə erməni vandalizminin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir: "Dövlət başçısı işğaldan azad edilən hər bir şəhərə, hər bir rayona səfəri zamani erməni vandallıqlarını dünyaya göstərir, kəndlər, şəhərlərdə ermənilər tərəfindən həyata keçirilən dağıntılar barədə dünya ictimaiyyətini məlumatlandırır. Sonuncu səfər zamanı da Azərbaycan Prezidenti qədim yaşayış məskənlərindən sayılan Azız mağarasına baş çəkərək hətta həmin ərazidə belə törədilən erməni vəhşiliklərini, onların bu qədim yaşayış məskənini özününküləşdirməyə etdikkləri cəhdlər barədə dünyaya maarifləndirici xarakter daşıyan bilgilər verdi. Hesab edirik ki, dövlət başçısının bu kimi səfərlərindən və səfər zamanı lentə alınan kadrlardan dünya erməni vandallıqları barədə yaxından tanış olur".
MVP-nin sədr müavini Süleyman İsmayılbəyli hesab edir ki, Azərbaycan Prezidentinin işğaldan azad edilən şəhər və rayonlara səfərləri eyni zamanda erməni yalanlarının bir daha ifşa edilməsi, erməni təbliğat maşınına zərbə vurulması baxımından da əhəmiyyət kəsb edir: "44 günlük Vətən müharibəsində müzəffər ordumuz tərəfindən düşmən azad edilən Hadrut qəsəbəsi barədə ermənilər indiyə qədər yalan, Azərbaycan cəmiyyətini çaşdırmağa yönəlik fikirlər səsləndirir, ictimai rəydə yalnış informasiya formalaşdırmağa çalışırdılar. Lakin dövlət başçısı İlham Əliyev sonuncu səfəri zamanı Hadruta getməklə erməni yalanlarını bir daha ifşa etdi və Azərbaycan cəmiyyətində Hadrutla bağlı müəmmalara son qoymuş oldu. Eyni zamanda dövlət başçısının bu səfəri ilə bir daha Azərbaycan cəmiyyətinə çatdırıldı ki, Qarabağ Azərbaycandır".
MVP rəsmisi onu da deyib ki, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş şəhər və rayonlarımıza davamlı səfərləri eyni zamanda həmin ərazilərdə artıq start verillən yenidənqurma, quruculuq-abadlıq işlərinə birbaşa nəzarət etmək, müntəzəm olaraq görülən işlərlə yerindəcə tanış olmaq baxımından da mühüm əhəmiyyət kəsb edir: "Təbii ki, Prezidentin tez-tez işğaldan azad edilən şəhər və rayonlara səfərləri həmin ərazilərdə yenidənqurma işləri ilə məşğul olan qurumların daha məsuliyyətli, daha işgüzar çalışmalarına zəmin yaradır".
MVP rəsmisi sonda onu da qeyd edib ki, Azərbaycan Prezidentinin işğaldan azad edilən ərazilərə səfərləri eyni zamanda Qarabağa böyuk qayıdışın heç də uzaqda olmadığından xəbər verir və bu prosesin qısa zamanda baş verəcəyinə dair xalqda, Azərbaycan cəmiyyətində əminlik yaradır.
Füzuli
Olaylar.az