Deputat: “Ali Baş Komandımızın işğaldan azad olunmuş ərazilərimizə səfərləri həm siyasi, həm iqtisadi əhəmiyyətə malikdir”
16 Mart 2021 15:19 Siyasət"Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. Cənab Ali Baş Komandımızın işğaldan azad olunmuş ərazilərimizə səfərləri həm siyasi, həm iqtisadi əhəmiyyətə malikdir və bu yöndə atılan addımlar da Qarabağımızın dirçəlməsi istiqamətində mühüm önəm kəsb edir". Bunu "Olaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, qədim Azərbaycan torpağı olan Xocavənd rayonu tarixi abidələri və təbiəti ilə fərqlənir: "Xocavənd rayonunda yerləşən və 1876,8 kvadrat km sahəsi olan Hadrut qəsəbəsi böyük iqtisadi və turizm potensialına malikdir. Dünyanın ən qədim yaşayış yerlərindən olan Azıx mağarası isə böyük tarixi dəyərə və turizm potensialına malikdir. İşğaldan azad olmuş ərazilərimizə həyatın yenidən qayıdacağı gün uzaqda deyil".