“Armenpress”-də baş verən hadisə komediya süjetini xatırladır
15 Mart 2021 12:25 Siyasət"Ermənistan Dövlət İnformasiya Agentliyi olan "Armenpress"-in rəhbərliyi onun hakerlər tərəfindən sındırıldığı haqqında məlumat verib. Hakerlər saytda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışını və " Qarabağ Azərbaycandır " yazısını yerləşdiribmişlər. Saytın işi bərpa edildikdən sonra rəhbərlik sayta haker hücumu ilə bağlı əvvəl verdiyi məlumatını geri götürüb və deyib ki, saytı idarə edən server özü İlham Əliyevin çıxışını yaddaşından götürüb sayta yönləndirib". "Olaylar"ın məlumatına görə, politoloq Əlimusa İbrahimov qeyd edib ki, əslinə baxanda saytlara xidmət edən server ermənilərdən ağıllı çıxıb. Onları Qarabağın Azərbaycan olduğunu unutmağa qoymamaqda o düzgün iş görür: "Azərbaycan Respublikası Prezident İlham Əliyevin çıxışını verməklə isə server ətrafda baş verənlər haqqında ermənilərə ilk mənbədən məlumat təqdim edib. Axı bu gün Ermənistanda millət yalan və şayiələr içində batıb gedir".