Prezident Daxili Qoşunların hərbi hissəsinin açılışında iştirak edib
12 Mart 2021 14:19 SiyasətAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.
Olaylar.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31