Paşinyana qarşı erməni müxalifətinin arsenalında olan son vasitələr

"Ermənistanda iqtidar-müxalifət qarşıdurması müəyyən qədər sakitləşməsinə baxmayaraq davam edir. Daha doğrusu maraqlı olan qüvvələr bu qarşıdurmanın zəifləməsinə imkan verməməyə çalışırlar. Tərəflər hələ ki, silahları işə salmadan tələblərinin yerinə yetirilməsinə nail olmaq istəyirlər. Diqqət münaqişə tərəflərinə vasitəçilik etməyə çalışan prezident Armen Sarkisyana yönəlib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, baş nazir Nikol Paşinyanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasapryan arasında qalmaqalın kimin xeyrinə həll olması münaqişənin istiqamətinə təsir edəcək. Müxalifətin ümidi Qasparyanın vəzifədən azad olunmasının qarşısını almaq və bununla da öz tərəfdaşlarının sayını hərbçilər hesbına daha genişləndirmək və mövqelərini gücləndirməkdir: "Paşinyan isə Baş Qərargah rəisini istefaya göndərməlklə müxalifətin ona qarşı istifadə etdiyi və gələcəkdə istifadə etməyi planlaşdırdığı növbəti arqumenti əlindən almaq haqqında düşünür. Bu  vəziyyətdə həm Paşinyan, həm də müxalifətin diqqəti Prezidentə yönəlib. Prezident isə tələb olunan qətiyyətli qərarı qəbul edə bilmir və tərəflər arasında məkik diplomatiyası yeritməklə həm özünü , həm də ermənistanı böhrandan  çıxarmağa çalışır. Amma vəziyyətin qeyri-müəyyən halda qalması addım-addım daha ağır nəticələrə doğru aparır. Tərəflər bir-birlərinə qarşı yeni-yeni vasitələri sınaqdan keçirirlər. Baş Nazirə qarşı bu vaxta qədər müxalifətin gördüyü tədbirlər öz nəticəsini vermir. Onlar 9-10 noyabr hadisələrindən sonra ilk növbədə Paşinyanın Dağlıq Qarabağın itirilməsi və minlərlə erməni əsgərinin məhv edilməsinə dözməyərək özünə sui-qəsd edəcəyini düşünür və onu bu istiqamətdə hərəkət etməyə itələyirdilər.Amma Paşinyan psixoloji baxımdan müxalifətin fikirləşdiyi qədər zəif olmadığını sübut etdi. Müharibədə uğursusluğu nəinki öz üzərinə götürdü, hətta ona qarşı çıxan qüvvələrin ilk növbədə günahkar olduğunu sübut etdi. Müxalifətin Paşinyandan gözlədiyi ikinci addım onun istefa verməsi idi. Paşinyanla qarşı-qarşıya dayanan bütün qüvvələr ermənistan əhalisinin təzyiqinə dözməyərək Paşinyanın istefa verəcəyini artıq baş vermiş fakt kimi qəbul edirdilər. Buna kömək etmək məqsədi ilə fasiləsiz mitinq və küçə nümayişlərinə qərar verdilər. Paşinyan isə vəziyyətin onun əleyhinə təhlükəli xarakter aldığını görən kim öz tərəfdarlarını meydana tökdü və heç də müxalifətdən az dayağa malik olmadığını sübut etdi. Fasiləsiz mitinq və küçə hrəkatlarının istənilən nəticə vermədən zəifləməsi artıq göz qabağındadır. Hüquqi müstəvidə - Parlament yolu ilə də Baş Nazirin hakimiyyətdən uzaqlaşdırılması istiqamətində atılan addımlar  boşa çıxmaqdadır. Vaxtında qabaqlayıcı tədbirlər görən Paşinyanın Parlamentdə tərəfdarlarının sayı digər fraksiyalarda olduğundan qat-qat artıqdır və müxalifət bu istəyinə də nail ola bilmir".

Onun sözlərinə görə, müxalifətin arsenalında Paşinyana qarşı hazırda mövcud olan vasitələr getdikcə azalmaqdadır. Eyni zamanda Ermənistanda heç də hamı bu son vasitələrdən istifadə etməyin tərəfdarı deyil: "Bunlardan birincisi Ermənistan Silahlı Qüvvələrinin siyasi hadisələrə müdaxilə etməsi ilə baş tutacaq hərbi çevrilişdir. Bu proses Baş Qərargah Rəisi Onik Qasparyanın Nikol Paşinyana istefa üçün ultimatum verməsindən sonra artıq başlamışdır. Prezident hərbçiləri sakitləşdirmək məqsədi ilə bir neçə dəfə Qasparyanla görüşsə də hələlik bir nəticə əldə edilməyib. Son görüşləri zamanı Qasparyan Prezidenti təhqir etmək  imkanına malik olduğunu sübut edərək onu Paşinyanı müdafiə etməkdən əl çəkməyə çağırıb. Digər tərəfdən hərbçilərin əhatə dairəsini genişləndirmək üçün guya Dağlıq Qarabağdan olan 124 zabit ortalığa atılıb. Onlar da  Baş Qərargah rəisinin istefasına qarşı çıxan bəyanat səsləndiriblər. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan da hərbçilərin köməyi ilə həyata keçiriləcək çevrilişi məqbul sayaraq hərbi çevrilişə yaşıl işıq yandırıblar. Onlar hətta Paşinyandan narazı hərbçiləri buna təhrik edirlər.Amma hərbçilər də regionda və beynəlxalq aləmdə rezonans yarada biləcək hərbi çevriliş aktını həyata keçirməkdə qətiyyətli deyillər. Onlar sona qədər gözləmək və ən axırda bu addımı atmaq istəyirlər. Müxalifətin istifadə edə biləcəyi son vasitə isə Paşinyana qarşı terror hadisəsi və onun fiziki cəhətdən aradan qaldırılmasıdır. Bu sahədə ermənilərin yetərincə təcrübəyə malik olması yaxın keçmişdən məlumdur. Onlar 1999-cu ildə Parlamentdə terror aktı törətməklə məhz hakimiyyət dəyişikliyinə nail ola bildilər. Bu vasitə də son addım kimi qiymətləndirilir. Hər şeydən əlləri üzüldükdən sonra ermənilərin bu metoda əl atacaqları heç şübhəsiz təəcüblü deyi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31