Ziyalılardan Niyaz Niftiyevlə bağlı Prezidentə müraciət
11 Mart 2021 14:43 SiyasətHəbsdə olan tanınmış jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyevlə bağlı Prezident İlham Əliyevə müraciət olunub.
Olaylar.az xəbər verir ki, millət vəkillərinin, media rəhbərlərinin ünvanlandığı müraciətdə N.Niftiyevin indiyədək xidmətlərinin nəzərə alınması və azadlığa buraxılması xahiş olunur.
Müraciəti Sabir Rüstəmxanlı, Etibar Əliyev, Əflatun Amaşov, Rəşad Məcid, Qulu Məhərrəmli, Rauf Arifoğlu, Elçin Şıxlı və başqa 30-a yaxın tanınmış jurnalist imzalayıb.
İttiham aktında qeyd olunur ki, Niyaz Niftiyev Binəqədi bələdiyyəsinin sədri olan zaman əvvəlki sədr Mətanət Nəsibovanın imzasını oxşatmaqla 20 arayış verib. Və həmin arayışların da 7-dən müvafiq şöbə tərəfindən 10, 15, 20 və digər xırda məbləğlərdə ümumilikdə 175 manat ödəniş alınıb.
Amma N.Niftiyevin ittiham aktında əks olunan heç bir epizod üzrə kimdənsə rüşvət almağı və yaxud kiminsə yerinə imza atmağı öz təsdiqini tapmır.