Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə münasibətlər Rusiyanın xarici siyasətində önə keçir
11 Mart 2021 12:49 Siyasət"Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Səudiyyə Ərəbistanına səfəri gözlənilməz osa da təccüblü olmadı. Xarici İşlər Nazirinin bu səfəri haqqında qabaqcadan məlumat verilməmişdi və bu Rusiya diplomatiyasının yeni yaranan şəraitə bu qədər tez reaksiya verməsi müəyyən suallar doğurmaya bilməzdi. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının Səudiyyə Ərəbistanına qarşı başladığı kompaniya Rusiyadan təcili addımlar atmağı tələb edirdi. Amma Moskva səfərin Bayden hakimiyyətinin aldığı qərarla üst-üstə düşməsini israrla təsadüfi adlandırmaqda davam edirlər". Bunu "Olaylar"a deyən Politoloq Əlimusa İbrahimovun sözlərinə görə, istənilən halda vəliəhd Məhəmməd ben Salman üçün qaranlıq bir zamanda onun yanında olmaq Rusiyanın bu neft ölkəsi lə yeni münasibətlər yaratmaq baxımından çox əhəmiyyətli olacağını proqnozlaşdırırlar. Eyni zamanda jurnalist Kaşuqinin öldürülməsində Amerika tərəfindən birbaşa günahlandırıldıqdan sonra MBS-lə ilk görüşən yüksək səviyyəli xarici dövlət xadiminin Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun olması iki ölkə arasında əvvəllər mövcud olan narazılıqları aradan qaldıracağında mühüm rol oynayacağı gözlənilir: "Son xəbərlər əldə olunan nailiyyətlərdən xəbər verir. Rusiyanın ticarət nümayəndəliyinin bu yaxınlarda açılacağı, 2024-cü ilə qədər iki ölkə arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılacağı, hərbi-texniki əməkdaşlığın inkişaf etdiriləcəyi artıq razılaşdırılmışdır. Rusiya üçün bu münasibətlərin yeni üfüqlər açacağı şübhəsizdir. Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri Amerikadan ala bilmədikləri hücum silahlarına olan tələbatlarını Rusiya vasitəsi ilə təmin etməyə çalışacaqlar. Oxşar vəziyyət son 100 illik tarixdə Rusiya ilə Ərəb ölkələri arasında dəfələrlə müşahidə olunmuşdur. Misir prezidentləri Camal Abdal Nasir, Ənvər Sadat və Hüsni mübarək dəfələrlə Rusiyadan Amerika ilə qarşıdurma zamanı istifadə etmişlər. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də bu üsuldan istifadə edəcəklərini indidən proqnozlaşdırmaq olar. Amma Amerika zamnında bunu başa düşəcəkmi? Yaxud, Rusiya istifadə olunmasına deyil ciddi, bütün tərəflərə fayda verəcək münasibətlərin qurulmasına nail olacaqmı? İstənilən halda, Amerika ilə silah ticarətində ortaya qoyulan külli miqdarda neft gəlirlərinə bu gün Rusiyanın ciddi ehtiyacı var və bu axını özünə tərəf çevirməkdə Rusiya qərarlıdır.
Vaşinqton tərəfindən Səudiyyə Ərəbistanına satılan hücum silahlarına embaroqnun tətbiq edilməsi, onun Yəməndə apardığı əməliyyatları sona çatdırmaq haqqında xəbərdarlıq vəliəhd Məhəmməd bin Salmanı çıxılmaz vəziyyətə salmışdır. Amerikanın təzyiqlərinə boyun əyərək geri çəkilmək, eyni zamanda İranla aparılan uzun müddətli mübarizədə geri çəkilmək anlamına gəlir. Bu İranın regionda nüfuzunu artması ilə nəticələnə bilər və Səudiyyə Ərəbistanı Krallığı haqlı olaraq hadisələrin inkişafı istiqamətindən çox narahatdır. Heç kimə sirr deyil ki, İran regiondakı tərəfdaşları ilə birlikdə Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinə meydan oxumaq qüdrətinə malikdir və yeri gəldikcə öz imkanlarından istifadə edir.
Misal olara Bayden tərəfindən azacıq dəstək hiss edən husilər son günlər Səudiyyə Ərəbistanına tərəf göndərdikləri dronların sayını və silah yükünü artırıblar.Tramp məhz buna görə-Körfəzdə mövcud olan müttəfiqlərini İran təhlükəsindən qorumaq adı altında İrana qarşı olduqca ciddi mövqe tuturdu. Səudiyyə Ərəbistanı və Birləşmış Ərəb Əmirlikləri də Trampın İrana münasibətindən yararlanaraq öz xarici siyasətlərində sui-istifadəyə yol verirdilər. Amerikanın yeni seçilmiş prezidenti Co Baydenin Səudiyyə Ərəbistanı və ümumiyyətlə Yaxın Şərqlə bağlı strategiyasının tam açıqlanmaması müəyyən şayiələrə yol açmaqla neft krallarını səksəkəyə salıb. Son nəticənin Məhəmməd Bin Slmanın taxta gedən yolunun bağlanması perspektivi onların Rusiyaya tərəf istiqamətlənmələri üçün ən güclü arqumentdir.
Lavrovun turnesi zamnı keçirdiyi digər görüşlər Rusiyanın xarici siyasəti baxımdan heç də az əhəmiyyətli deyil. Türkiyədəki "Akkuyu" Atom Elektrik Stansiyasının üçüncü blokunun bünövrəsinə beton tökülməsi mərasimi isə Rusiya-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Liviya və Suriyada gedən proseslərin yerində maraqlı ölkələrlə müzakirəsi Yaxın Şərqdə Türkiyə və Rusiyanın birgə atdığı addımların artıq nəticə verdiyini sübut edir.Liviyada müxalif qüvvələrin birləşərək yeni hökümət qurmaları bu tandemin artıq qələbəsi hesab olunmalıdır".