Paşinyan müxalifət üzərində ilk ciddi qələbəsini qazanır
Ermənistan Baş Naziri Paşinyan deyəsən müxalifət üzərində tam qələbəni əldə etmək istiqaəmətində mühüm nailiyyəti əldə etdi.
11 Mart 2021 11:20 SiyasətErmənistan Baş Naziri Paşinyan deyəsən müxalifət üzərində tam qələbəni əldə etmək istiqaəmətində mühüm nailiyyəti əldə etdi. O, iki həftə bundan qabaq hökuməti istefa verməyə çağıran və eyni zamanda silahlı qüvvələri Paşinyanın əleyhinə qaldıran Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın istefasına nail oldu. Bununla Ermənistan müxalifətinin Nikol Paşinyana qarşı ən güclü vasitələri əlindən alındı. Amma bu hələ də qarşıdurmanın sonu demək deyil, qarşıdurmada yeni mərhələdir. Heç şübhəsiz müxalifət mübarizədən və hərbi çevriliş cəhdindən bu tezliklə əl çəkməyəcək. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, Onik Qasparyan rəsmi olaraq tutduğu vəzifəni tətk etdi. Onun vəzifədən azad edilməsi haqqında əmr iki verildiyi vaxtdan iki həftə sonra olsa da, qüvvəyə mindi. Nikol Paşinyanın növbəti əmri ilə Artak Davtyan artıq Ermənistan silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisidir. Müxalifət isə hələ də qərarın qeyri-qanuni olduğunu sübut etmək üçün fəaliyyətlərini hələ də davam etdirirlər: "Onik Qasparyanın müdafiəsinə qalxan və özlərini Qarabağ hərbçiləri adlandıran 124 nəfərin vəziyyəti isə olduqca çətinləşib. Onlar Azərbaycan əsgərlərinə tabe olub əsir düşmək, yaxud İrəvana gedib Paşinyanın göstərişi ilə ilə həbsxanaya salınmaq arasında seçim etməlidirlər. Təbii ki, həbsxana təkcə onlar üçün deyil, dünən Paşinyana qarşı müxalifətlə birləşən bütün hərbçilərin gələcək məkanıdır. Düşünürəm ki, general paqonları və rusiya Xüsusi Xidmət orqanlarına işləmələri onları Paşinyanın caynağından qurtarmayacaq. 2020-ci ilə qədər Ermənistan silahlı Qüvvələrinin Baş Qərargah Rəisi olmuş və karantin zamanı oğluna dəbdəbəli toy etdiyinə görə istefaya göndərilmiş Davtyanın geri qaytarılması silahlı qüvvələrdə Paşinyanın etibar etdiya səriştəli kadrların tükənməsinə dəlalət edir.Amma hələlik Paşinyan vəziyyəti gərginləşdirmmək deyil, sabitləşdirmək yolunu tutub və prezident Aram Sarkisyanla birlikdə bu istiamətdə hərəkət edir. Baş Qərargahda çıxışı zamanı hərbçilərə müraciəti bunun əyani sübutudr:" Onik Qasparyan qanuna uyğun olaraq Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Ermənistan qarşısında xidmətlərinə görə cənab Qasparyana təşəkkür edirəm... Burada oturanların hamısından xahiş edirəm ki, Ermənistan naminə fəaliyyətlərini davam etdirsinlər."

Onun sözlərinə görə, Yeni Baş Qərargah rəisinin vəzifəsinin icrasına başlamsı üçün hələ müəyyən qaydalara əməl olunmalıdır. Prezident 3 gün müddətində Baş Nazirin sərəncamını imzalamlıdır. Əks təqdirdə sərəncam yenidən Nikol Paşinyana geri göndərilir. Paşinyan ikinci dəfə Prezidentə müraciət edir: "Bəlkə də nəzəri cəhətdən Aram Sarkisyan istəsəydi Onik Qasparyanı vəzifəsində saxlaya bilərdi. Amma Paşinyanla qarşıdurmanı son həddə qədər çatdırmaqda maraqlı olmadığını gostərdi. Bəlkə də, Baş Nazirin əlində olan və istifadə etməyə hazırlaşdığı məlumatlar prezidenti Baş Nazirlə razılaşmasına təsir etdi. Ermənistan prezidenti bununla müxalifətin ona bəslədiyi ümidi itirdi. Bundan sonra İrəvan küçələrində səslənən şüarlar zamnı aram sarkisyanın da adı Paşinyanla birgə xain kimi çəkiləcək. 13 martda prezident Armen Sarksyan "Ölkənin xilası hərəkatı" nün üzvləri və Ermənistan Parlamentinin fraksiya liderləri ilə görüşmək istəyir. Görüş zamanı prezident ölkədə vəziyyəti sabitləşdirmək üçün ortaya atacağı təkliflər haqqında qabaqcadan fikir söyləmək çətindir. Amma müxalif qüvvələrin yeni yaranmış şəraitə uyğun mübarizə vasitələri haqqında düşündükləri artıq məlumdur. Amma onların əllərindəki vasitələr son həddə qədər məhdufdlaşdırmışdır. İndi Ermənistanda 1999-cu il 27 oktyabrında parlamentdə baş verən terrorunun bu və ya digər formada təkrarlanması daha real görünür. Bu terror nəticəsində Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs paytaxt İrəvanda Ermənistan Milli Məclisinə silahlı basqın etmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlamentin spikeri Karen Dəmirçiyan daxil olmaqla 8 nəfər öldürülmüşdü. Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı".
Alim
Olaylar.az