Ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır
Xalqların dövlətçilik tarixində az şəxsiyyətlərə rast gəlinir ki, onun rəhbərliyi ilə həmin xalq və dövlət uzun müddət inkişafda olsun, müstəqilliyini qoruya bilsin. Bu cəhətdən xalqımızın müasir dövlətçilik tarixində bəxti gətirib.
11 Mart 2021 11:19 SiyasətXalqların dövlətçilik tarixində az şəxsiyyətlərə rast gəlinir ki, onun rəhbərliyi ilə həmin xalq və dövlət uzun müddət inkişafda olsun, müstəqilliyini qoruya bilsin. Bu cəhətdən xalqımızın müasir dövlətçilik tarixində bəxti gətirib. Ulu öndər H.Əliyevin misilsiz fəaliyyətini şəxsi qənaətimcə iki hissəyə ayırmaq olar ki, bunlar da cild-cild kitablara sığmaz. İstərdim Ulu öndərin 1993-cü ildən sonrakı fəaliyyətinin bəzi məqamlarını xatırladım. 1991-96 -cı illərdə ADPU-nin tələbəsi olduğum üçün, tarixin canlı şahidiyəm. Hər bir gənc kimi bizim də arzularlmlz yaşadığımız dövlətin müstəqil və firavan olmasl idi. Universitetin pəncərələrindən meydanda gedən hadisələri görmək və o dövür üçün istəsən belə hadisələrə qarışmamaq mümkün deyildi. Populist çıxışları ilə xalqı çaş-baş qoyanlar, utanmadan ordunu cəbhə bölgəsindən meydanlara daşıyan Müdafiə Naziri, universitetin akt zalında qonşu dövlətə qarşı istifadə edə biləcəyimiz olmayan nüvə silahı haqqında danışan daxili işlər naziri, çörək almağa pulu olmayan tələbəni yataqxanalardan məhrum edən rektorlardan, küçələrdə silah oynadan qanunsuz reket dəstələrindən və sairə o qədər acı xatirələrimiz var ki, günlərlə danışsaq bitməz. Bütün qonşularla az qala müharibə şəraitində, daxildə isə aclıq, səfalət, hakimiyyətsizlik şəraitində xalq son ümud yeri kimi məcbur olub, bəli təkidlə Ulu öndəri Bakıya rəhbərliyə dəvət etdi. Çətin bir dövrdə hakimiyyətə gələn lider ilk növbədə vətəndaş qarşıdurmasını, hərc-mərcliyi aradan qaldırmaqla, ölkəni dağılmaq, xırda regionlara bölünmək təhlükəsindən qurtardı. Daxildə və xaricdə olan satqınlar ölkədəki xalqları, etnik qrupları, ayrı-ayrı dinlərin nümayəndələrini üz-üzə qoyduğu bir dövrdə bu elə də asan iş deyildi. Seçilmiş lider dağılmış bütöv azərbaycançılıq məfkurəsini diriltdi.
İlk növbədə Ümumilli lider xarici səfərlər təşkil etməklə ilk növbədə qonşularla korlanmış münasibəti bərpa etdi. İlk illərdə təzyiqlərə, təhdidlərə baxmayaraq büdcəsində milli pulu qalmayan, ərazisi işğal olmuş və nəticədə 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan dövlətin iqtisadiyyatını böyük layihələrin gerçəkliyə çevrilməsi ilə bərpasına başladı. Orduya Ali Baş Komandan kimi rəhbərliyi ələ alıb, düşmənə qarşı əks hücumla torpaqların bir qismini azad etməklə atəşkəsə nail oldu. Saysız-hesabsız faktlarla bunları sadalamaq olar ki, xalq artıq bunları bilir. Ulu öndər, ölkənin həyatının bütün sahələrini yoxdan dirçəltdi. Dağılmış mədəniyyət, təhsil, səhiyyə və sosial sahələrdə oyanış baş verdi. Xalq milli və dini dəyərlərinə geri qayıtdı. Bu bazanı demək olar ki, yoxdan yaratmaq uzun vaxt tələb edirdi. Siyasi uzaqgörənlik, yüksək siyasi savad, böyük idarəedicilik qabiliyyəti və həmişə fəxr etdiyi azərbaycancılıq amili müasir Azərbaycan dövlətini uçurumdan qaytardı.
Ulu öndərin qoyduğu irs, onun bu kursa sadiq olduğu varisi cənab İlham Əliyevin davam etdirdiyi yorulmaz fəaliyyəti nəticəsində müasir Azərbaycanımız dünyada öz layiqlu yerini tutdu: "Heydər Əliyevin arzuları tam gerçəkliyə çevrildi. Torpaqlar işğaldan azad oldu, daxildə xalq-iqtidar birliyi, xaricdə nüfuzu böyük, qonşularla mehriban və dost şəraitində yaşayan, güclü iqtisadiyyatı və yenilməz ordusu olan Azərbaycan bu uğurları Ulu öndərin siyası davamçısı olan İlham Əliyevlə həyata keçirdi.
Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbin direktoru,
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi Zaur Abasov