Macarıstanla Azərbaycan arasında daha 10 saziş imzalanacaq
10 Mart 2021 14:25 Siyasət"Humanitar sahədə ölkələrimiz arasında çox geniş əməkdaşlıq mövcuddur. Azərbaycan və Macarıstan arasında normativ-hüquqi sazişlərin bazası çox genişdir". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib. "İndiyədək 44 saziş imzalanıb. Ölkələrimiz arasında daha 10 yeni saziş imzalanacaq", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31