Ermənistanda yaşanan təlatümlərin səbəbi  nədir?

"Layihə çərçivəsində  təxminən 2013-14-cü  illərdə  ermənilərə  məxsus 50-yə yaxın  internet saytının  monitorinqini aparmışdıq. Bu araşdırmanın əsas məqsədi ermənilərin  internet məkanında Azərbaycanın  və türk dünyasının əleyhinə  həyata keçirdikləri təxribatları aşkarlamaq olub. Monitorinqə ermənilərə məxsus gündəlik xəbər portalları ilə bərabər  birbaşa saxta təbliğat məqsədilə yaradılan internet resursları da daxil idi". "Olaylar" xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli qeyd edib ki, araşdırmalar nəticəsində   dəhşətli  saxtakarlıqlar  aşkar olundu: "Əslində belə yalan məlumatlar haqqında həmişə danışılıb, yazılıb.  Hələ o zaman  bəlkə də  ermənilərin bu  yazılarını  ciddi qəbul etməyərək əhəmiyyət verməmək olardı.  Ancaq  heç bir sərhəd tanımayan internetdən  dünyanın hər bir yerində  istifadə edilir. Ermənilərin çox hiyləgərcəsinə  yaydığı bu  saxta məlumatlardan  görün,  nə qədər  əcnəbi vətəndaş  Azərbaycan haqqında səhv  informasiyalar  əldə edır.

Bir maraqlı  məqamı müşahidə etdik ki, ermənilərə  məxsus  nisbətən neytral mövqeyi olan internet mediasının özündə də qərəzçilik daha kəskin şəkildə müşahidə olunurdu.  Biz o zaman dostlarımızla müzakirələrdə düşünürdük əndazəyə sığmayan tarixi saxtakarlığa meylli olan, antitürk mövqeyinə köklənən bir erməni toplumu ilə eyni bölgədə  necə yaşamaq olar?   Qara siyasətlərini kilsələrdə formalaşdıran, mətbuatı, internet resursları düşmənçilik püskürən erməni toplumun aqibəti əslində indiki kimi olmalı idi.

Havadarlarının köməyi ilə son  iki əsrdə hər zaman Azərbaycan torpaqlarını işğal edərək özlərinə dövlət quran və  bu işğaldan daha da iştaha gələn bir xəstə toplum indi işğal etdikləri Azərbaycan ərazilərinin müəyyən hissəsini itirən zaman dəli olmaq dərəcəsinə gəlib. Bu məğlubiyyəti həzm edə bilməyən erməni toplumu və onun cinayətkar liderləri bu vaxta qədər dərk eləmir ki, bu, torpaqlar öz sahiblərinə qayıdıb. Bu gün Ermənistanda yaşanan təlatümlərin səbəbi tarixi  və mövcud gerçəyi həmçinin öz layiq olduqları məğlubiyyətlərini həzm edə bilməmələridir. Məğlubiyyətin acısı intiharlara və yollar açılan kimi Ermənistanı kütləvi tərk etmə kampaniyasına təkan verəcək. Bəlkə  Ümumdünya Səhiyyə Təşkilatı erməni xəstəliyini sağaltmaq məqsədilə  yeni peyvəndlərin hazırlanması üzərində düşünsün.  Ancaq peyvənd burada bir işə yaramaycaq. Yalnız davamlı dəmir yumruq  yetərlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31