Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır!

"Müstəqilliyimizin ilk dövrü hərbi məğlubiyyət daxili böhranla tamamlanmışdı.Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altında qoymuşdu. AXC- Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi YAP-ın yaranmasını tarixi zərurətə çevirmişdi". Bunu "Olaylar"a deyən Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbin müəllimi Aişən Vəliyevanın sözlərinə görə,  YAP Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar-məşhur "91-lər"Ulu Öndərə müraciət ediblər.1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.YAP 1992-ci ilin dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdı. Ondan sonra heç bir il keçməmiş-1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. 1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuş, dövlətçiliyin əsasları qoyulmuşdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31