Korrupsiyaya görə ən çox şikayət edilən qurumlar  - SİYAHI

2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9,2 min müraciətinə baxılıb.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Bunlardan 4,5 mini ərizə və şikayət kimi, 4,7 min isə Baş İdarədə fəaliyyət göstərən "161-Qaynar xətt" əlaqə mərkəzinə müraciət kimi daxil olub.

Həmin müraciətlər əsasən yerli icra hakimiyyəti orqanları, sosial müdafiə, təhsil, səhiyyə, bələdiyyə, özəl sektor və digər sferaları əhatə edir.

"161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü belədir:

Daxili işlər orqanları - 779
Yerli icra hakimiyyəti orqanları - 656
Sosial müdafiə - 654
Səhiyyə - 564
Bələdiyyələrin fəaliyyəti - 280
Təhsil - 136
Ədliyyə orqanları - 134
Özəl sahə - 121
"Azərişıq" ASC-nin fəaliyyətilə bağlı - 115
Meliorasiya və su təsərrüfatı - 96
"Azəriqaz" İB - 88
Səfərbərlik - 48
Ekologiya və təbii sərvətlər - 40
Müdafiə - 33
"Azərsu" ASC - 29
Bank sektoru - 28
Kənd təsərrüfatı - 28
Digər - 832

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31