Deputat: “Prezident İlham Əliyev tərəfindən yeni reallıq yaradılıb”
9 Mart 2021 11:36 Siyasət"YAP VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisədir". Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib: "YAP Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu qurultayın keçirilməsi torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrə təsadüf edir. Ölkədə və bölgədə Prezident İlham Əliyev tərəfindən yeni reallıq yaradılıb. Prezident İlham Əliyev qurultayda çıxışı zamanı qeyd etdi ki, milli birliyimizi qorumalıyıq. Bunları nəzərə alaraq, antimilli şuranın üzvlərindən başqa, bütün siyasi partiyalarla dialoqu daha da inkişaf etdirməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31