Deputat: “Biz milli həmrəyliyin yeni mərhələsinin şahidi oluruq”
9 Mart 2021 11:34 Siyasət"Bugünkü siyasi dialoqun üstünlüyü ondadır ki, bu dialoqun rəhbəri Prezident İlham Əliyevdir". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib. Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasında edilən yeniliklər və struktur dəyişiklikləri Vətən müharibəsində əldə etdiyimiz qələbəni, torpaqlarımız işğaldan azad olunduqdan sonra yaranmış yeni dövrü möhkəmləndirmək xarakteri daşıyır: "Bu proses heç bir müdaxilə olmadan, xarici qüvvələrin müdaxiləsi olmadan həyata keçirilir. Nəticədə biz milli həmrəyliyin yeni mərhələsinin şahidi oluruq. 6 siyasi partiya YAP-a birləşib. QHT sahəsində olan şəxslər YAP-ın İdarə Heyətində təmsil olunur. Əminəm ki, bütün bunlar Azərbaycanın daha güclü olması üçün yeni imkanlar yaradacaq".