Səudiyyə Ərəbistanı Bayden hökumətinin təhdidlərinə davam gətirəcəkmi?
7 Mart 2021 13:12 Siyasət Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanı ilə münasibətdə sözdən işə keçir. Kəşfiyyatın vəliəhd Məhəmməd bin Salamanı 2018-ci ilin oktyabrında jurnalist Kaşuqinin Türkiyədə vəhşicəsini öldürülməsində birbaşa günahlandıran məlumatı artıq yayımlanıb, bu hadisədə iştirakı olan yüksək rütbəli dövlət xadimlərinə sanksiyalar tətbiq olunub.
Hələ buna qədər Krallığın Yəməndə apardığı əməliyyatların sona çatdırılması üçün Amerikanın yeni prezidenti göstərişini verib. Artıq bu müharibədən üzülmüş yoxsul ərəb ölkəsində sülhə ümid artıb.
Amerikanın arsenalında Səudiyyəyə qarşı tətbiq etmək istədiyi qadağaların siyahisi hələ uzundur. Növbəti tədbir silah satışına qoyulacaq embarqodur.
Bu gün Səudiyyə Ərəbistanı dünya üzrə ən böyük silah idxalçısı hesab olunur və silah ticarəti sahəsində Amerika Birləşmiş Ştatlarının ən yaxın tərəfdaşıdır. 2010-2014-cü ildə onun Amerikanın silah ixracında payı 7,4 faizdən 2015-2019 -cu illərdə 25 faizə çatıb.
Amerika silah ixracının 25 faizi müsəlman ölkəsi üçün çox böyük rəqəmdir. ( Stokholm Sülh problemləri beynəlxalq tədqiqat institutunun məlumatlarına görə.)
2015-ci ildə Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyatlara başladı. O vaxtdan Amerka konqressmenləri dəfələrlə krallığa silah satışının qarşısını almaq üçün məsələ qaldırıblar. Buna baxmayaraq 2019-cu ilə qədər Trampın xüsusi nəzarəti altında silah ixracı davam etdirilmişdir. Bu müddət ərzində sadəcə Səudiyyə Ərəbistanı Hərbi Hava qüvvələri 2011-ci ildə sifariş verilmiş 154 ədəd F-15SA qırıcı təyyarələrindən 30-nu artıq tədarük etmişdir.
Müxtəlif səviyyəli mütəxəssislərin fikrincə Barak Abamanın hakimiyyəti illərində Yəməndə müharibəni hələ ilk mərhələdə saxlamaq mümkün idi. Bunun üçün Ərəb Koalisiyasına yardımı dayandırmaq Tələb olunurdu. Brukinq İnstitutunun əməkdaşı Bryus Ridel göstərir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının ( CENTCOM) o vaxtki rəhbəri və indiki müdafiə naziri Lloyd Ostin Səudiyyə Ərəbistanının hərbi əməliyyatlarına yardım etməyə qarşı çıxırdı.
Tramp hakimiyyətə gələndən sonra bu sahədə vəziyyət tamamilə dəyişdi. Onun Yaxın Şərq və Səudiyyə Ərəbistanına münasibəti tamamilə fərqli idi. Bu fərq özünü silah ixracı sahəsində daha çox büruzə verirdi. Səudiyyə Ərəbistanına silah satışında bütün maneələr aradan qaldırılmış, hətt silah ticarəti sahəsində ən adi qaydalar belə kobudcasına pozulurdu. Neftdən gələn pulların silah alışı adı altında Amerikaya istiqamətlənməsi Trampın gözlərini bağlamışdı.
Kiçik bir misal. Konqresin ilkin razılığı olmadan Səudiyyə ərəbistanına 59 min idarəolunan aviabombaların verilməsi qərarlaşdırılıb. Səbəb kimi ABŞ-ın regiondakı müttəfiqlərinə İranla mübarizədə dəstək verilməsi göstərilib.
ABŞ-dan başqa Səudiyyə Ərəbistanı Qərbdəki digər digər silah istehsalçılarından da müasir döyüş texnikaları tədarük edir. Onun bu sahədə tərəfdaşları sırasında Böyük Britaniyanı (2015-2019-cu illərdə Böyük Britaniyanın silah ixracının 41 faizi ), İtaliya ( eyni dövr üçün 7,2 faiz), İsveçrəni ( 14 faiz) misal göstərmək olar.
Bütün bunlara baxmayaraq Amerika silah ixracında Səudiyyənin payı nəzərəçarpacaq səviyyədə qalmaqda davam edir. 2015-2019-cu illərdə bu ölkənin silah və hərbi texnika idxalının 73 faizini Amerika istehsalı, 13 faizini isə Britaniya istehsalı təşkil edib. Ümumilikdə isə Amerika Hökuməti 2015-2019cu illərdə Səudiyyə Ərəbistanına 64,1 milyard dollar həcmində silah satmaq haqqında qərar qəbul etmişdir. Amma bu da hələ son deyil. Amerikanın Səudiyyə Ərəbistanınan silah ixracının həcmini 2020-ci illərdə 110 milyard dollar, sonralar isə 350 milyard dollara çatdırmaq qərar alınmışdı.
İndi məlum olur ki, Bayden hakimiyyətinin məlum qərarlarından sonra bu hədəflər artıq əlçatmaz olacaq.
Artıq 2021-ci ilin fevralın sonunda Amerika kəşfiyyatının 2018-ci ildə jurnalist Camal Kaşuqinin öldürülməsində vəliəhd Məhəmməd bin Salmanın günahkar olduğunu sübut edən hesabatı dərc olunub. Bundan sonra Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxacağı haqqında bəyant verdi. Bu ilk növbədə silah və hərbi texnika satışını nəzərdə tuturdu. Donald Tramp zamanında bağlanmış müqavilələrin yerinə yetirilməsi dayandırıldı. Bu müqavilələr Boing şirkətinin istehsalı olan 290 milyon dəyərində 3 min kiçik diametrli GBU-39 avia bombaları və 478 milyon dollar dəyərində yüksəkdəqiqlikli idarə olunan Raytheon Technologies şirkətinin istehsalı Pawevey IV aviabombalarını əhatə edirdi.
"Biz silah satışı üzrə bu müqavilələrə yenidən baxacağıq. Perspektivdə bu ölkəyə satdığımız silahların hücum imkanlarının inkişaf etdirilməsinə deyil, müdafiəyə xidmət edəcəyinə, nail olmağa çalışacağıq"-deyə Dövlət Katibi Entoni Blinken bildirib.
Amerikanın NATO üzrə müttəfiqləri də Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxacaqları barədə məlumatlar verirlər.
Bütün bu hadisələr fonunda Krallığın Rusiyaya tərəf üz tutması təbii görünür. İndi Amerka Birləşmiş Ştatları və onun NATO üzrə digər müttəfiqləri Səudiyyə Ərəbistanının Rusiya silah bazarına üz tutmasının qrşısını almaq üçün tədbirlər haqqında düşünürlər.
Bu tədbirlərin hansı məsələləri əhatə edəcəyinin yaxın günlərdə şahidi olacağıq.
Politoloq Əlimusa İbrahimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31