Eldəniz Səlimov: “İlham Əliyevin atdığı addımlar bütün regional əməkdaşlıq çərçivəsində öz müsbət təsirlərini göstərir”

Yarandığı gündən tarix yazan hakim Yeni Azərbaycan Partiyası günümüzdə də bu müsbət ənənəsini davam etdirir. Hər toplatısı, hər konfransı tarix olan və Azərbaycanın ictimai-siyasi həyatı üçün mühümm əhəmiyyət kəsb edən daha bir ilkə imza atdı Yeni Azərbaycan Partiyası. Martın 5-də növbədənkənar qurultay keçirməklə. Prezident İlham Əliyevin də iştirak etdiyi qurultayda həm partiyanın strukturları gəncləşdi, yenidən formalaşdı, həm də ölkədə siyasi dialoqun, partiyalar arasında qarşılıqı siyasi anlaşmanın daha da möhkəmləndirilməsi istiqamətində önəmli addım atıldı. Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın hakim Yeni Azərbaycan Partiyasına birləşməsi istiqamətində verilən qərarlar fonunda bunu aydın görmək mümkündür. Təsadüfi deyil ki, əksəriyyət də 6 siyasi partiyanın YAP-a birləşməsini məhz bu cür xarakterizə edir və bu addımın ölkədə siyasi dialoq mühitinin daha da dərinləşməsinə xidmət edəcəyini bildirir. Ümumiyyətlə, əksəriyyətin mövqeyi ondan ibarətdir ki, YAP-ın VII qurultayı ölkınin ictimai-siyasi həyatı və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli oldu. Elə Milli Məclisin deputatı Eldəniz Səlimov da bu qənaətdədir. O, bildirib ki, ölkədəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb oldu. Millət vəkili bildiirb ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi: "Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası hakim partiyaya birləşmək barədə qərar verdi. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır. Cənab Prezidentin atdığı bu addım siyasi tərəfdən çox mühümdür. Edilən islahatlar daim dövlətimizin mənafeyini qorumaq, yeniliklərə imza atmaq atmaq üçündür. Yeni kadr dəyişikliyi, aydın şəkildə respublikada köklü dəyişikliklərin getdiyinin göstəricisidir. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir. YAP ümumxalq partiya olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir. Azərbaycanda daim siyasi həmrəylik hökm sürür". Deputat qeyd edib ki, hazırda Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır: "Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranıb.  Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaradıb. Bu birliyə nə qədər kölgə salmağa çalışan klanlar olsa da, cənab Prezidentin dərin siyasətinə qarşı heç kim gələ bilməz. Yüksək səviyyədə yürüdülən bu siyasətin təməli bizə Ulu Öndərdən bir miras qalıb. Bu gün də bu mirası cənab Prezident layiqincə davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük" fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Bir daha qeyd edim ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir".

Eldəniz Səlimov onu da diqqətə çatdırıb ki, dövlətimizdə fəaliyyət göstərən siyasi partiyalar arasında YAP ən ilk sıradadır. Bu partiyanın nüfuzu, tərkibi və fəaliyyətinin nəticəsində yaranmış bir haldır: "Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaqdır. Azərbaycan Respublikasında təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və "Turançılıq" ideologiyasını nəzərdə tutmuşdur. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur. Bütün görülmüş işlər və atılan addımlar sayəsində Azərbaycan zirvələrə yüksəlir. Biz bu dövlətin vətəndaşları olduğumuz üçün daim fəxr edir, belə şəraitin yaradılmasına görə cənab Prezident İlham Əliyevə öz dərin və səmimi minnətdarlığımızı bildiririk".

Millət vəkili onu da diqqətə çatdırıb ki, ölkədə əldə edilən uğurların təməlində düzgün idarəçilik və Heydər Əliyev siyasətinə sadiqlik dayanır: "Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Cənab Prezident İlham Əliyevin atdığı addımlar bütün regional əməkdaşlıq çərçivəsində öz müsbət təsirlərini göstərir. Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib. Artıq bir çox dövlətlər beynəlxalq əməkdaşlıqla bağlı bizimlə əlaqədə olmaq, bizim yüksək nailiyyətlərimzlə yol almaq üçün can atırlar. Bu uğurlu yolda biz daim öz etimadımızı qoruyub saxlamağı bacarmışıq. Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Son zamanlarda Türkiyə ilə hərbi əməkdaşlıq və təlim proqramları keçirilməkdədir. Bizim, qardaş ölkə ilə hərbi yönümdə irəlilədiyimiz bu yol bütün dünya üçün bir nümunədir. Təkcə hərbi yox təbii ki, bütün mövqelərdə Türkiyə ilə əməkdaşlığımız mövcud olub, olacaqdır. Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib. Buna görə də dünya ölkələri arasında Azərbaycan öz xüsusi yerini almışdır. Azərbaycan xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib". Deputat qeyd edib ki, ölkə rəhbəri çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib: "Bu, çox açıq və prinsipial siyasətdir. Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir. Azərbaycan başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə hər zaman sadiq qalıb. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərar verib. BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Bu bizim xarici siyasətin dəyişməz rakursudur. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bu atılan addımlar daim diqqətdədir və gələcək işlərdə mühüm yer alır. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə zəhmətlə formalaşan imicini qoruyub saxlaya bilir. Müxtəlif dairələrin təzyiqlərinə məhəl qoymadan öz siyastimizi müstəqil şəkildə aparırıq. Azərbaycanın bu mövqeyi zamanın və tərəfdaşlarının sınağından çıxmış mövqedir. Bütün tərəfdaş olan ölkələr də bunu yüksək qiymətləndirir və dəyər verir".

Millət vəkili onu da deyib ki, son dövrlərdə gedən həm xarici, həm daxili prosseslər Azərbaycanı olduğundan yüksək zirvələrə qaldırıb: "Dövlətimiz möhkəmlənərək Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə - lider dövlətə çevrilib. Bu bizim üçün olduqca yüksək dəyərə malik bir haldır. Artıq Azərbaycan dedikdə hər kəs bizi ədalətli, güclü və qüdrətli bir dövlət kimi tanıyır. Azərbaycanın 1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb. Biz dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik. Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və Azərbaycan bu istiqamətdə daim işlər görür. Dövlətimizin bütün məsələlərə strateji baxışı, yanaşması var. Bundan əlavə iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxış və təsəvvür sərgiləyirik. Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır. Biz əminik ki, dövlətimizin başçısı cənab Ali Baş Komandan İlham Əliyev, onun ətrafında sıx birləşmiş Azərbaycan xalqı ilə Respublikamızı daim zirvələrə yüksəldəcək, uğurlardan-uğurlara imza atacaqdır! Yaşasın Axərbaycan!".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31