Hikmət Hacıyev İsrailə təşəkkür etdi

"Yaralı həbrçilərə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə İsrailin səhiyyə işçiləri komandasına və səfirliyinə minnətdarıq. Bu, ölkələrimiz arasındakı dostluğun rəmzidir".

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

"Bir həyatı xilas edən bütün dünyanı xilas edir", - o, "Şindlerin siyahısı" filmindən sitat gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31