Bu gün YAP-ın növbədənkənar qurultayı keçiriləcək
5 Mart 2021 10:29 SiyasətBu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.
Olaylar.az-ın xəbərinə görə, bu, YAP-ın VII qurultayıdır.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31