“İskəndər” macərası davam edir
3 Mart 2021 12:27 Siyasət" İskəndər" yaxın mənzilli ballistik raketlərin Azərbaycan Ermənistan müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməsi haqqında polemika gündəmi zəbt etməkdə davam edir. Bu dəfə Böyük Britaniyaya aid edilən Middle East Eye saytı ermənilərin raketdən Azərbaycana qarşı istifadə etdiyini təsdiq edən müəllif yazısı ilə çıxış edib. Saytın araşdırmasına əsasən müharibənin son günü ermənilər rusların təhriki və yardımı ilə Bakıya bu raketdən atəş açıblar və Raket İsrail istehsalı olan raketdən müdafiə sistemi ilə goydə vurularaq zərərsizləşdirilib". Olaylar" xəbər very ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Rusiya və Azərbaycan tərəfinin israrla inkar etməsinə baxmayaraq 44 günlük müharibədə ermənilərin İskəndər raketlərindən istifadə etmələri haqqında sübutlar ciddiləşir. Elə isə Rusiya və həm də Azərbaycan bunu ciddi-cəhdlə inkar etməklə hansı məqsədi güdürlər:
"Rusiya: - Erməniləri İskəndər raketindən istifadə etməyə təhrik etməklə Rusiya mövcud beynəlxalq hüququ pozaraq müharibədə qadağan olunmuş silahlardan istifadə edir, ermənilərə yardım etmiş olur və bununla Azərbaycana qarşı müharibə aparır;
- Bu addımla Rusiya Azərbaycan və Türkiyə arasında normal qonşuluq və əməkdaşlıq münasibətlərinə ciddi zərbə vurmuş olur;
- MDB və dünyanın digər dövlətləri arasında Rusiya etibarsız tərəf müqabili imici qazanır;
Azərbaycan da öz növbəsində " İskəndər " yaxın mənzilli ballistik raketlərindən istifadə olunması haqqında raketin ona tuşlandığı vaxtdan etibarən məlumatı olub və elə buna görə də raket heç Bakıya yaxınlaşmağa imkan tapmadan göydə partladılıb. Amma ermənilərin Rusiyanın tıhriki ilə bu raketdən istifadə etməsini inkar etməklə Azərbaycan:
- Ermənistanın indiki hakimiyyətindən fərqli olaraq Azərbaycan rus silahının keyfiyyətini şübhə altına alan kompaniyada iştirak etmək istəmir, Rusiyanın ən uğurlu silah kimi təqdim etdikləri "İskəndərin" İsrail və ya Türkiyə silahı ilə hədəfə çatmadan vurulmasının təsdiqi Ruslar üçün artıq növbəti ağır zərbə olardı;
- "İskəndər"- dən istifadə etməyi təsdiq etmək Rusiya ilə qarşıdurmanın gücləndirilməsinə səbəb ola bilərdi. İndiki halda bu Azərbaycana lazım deyil;
- Rusiyanın erməniləri yaxın mənzilli ballistik raketdən istifadə etməyə təhrik etməsi bu istiqamətdə Putinin digər addımlarını da gündəmə gətirir. Bu isə bizim üçün heç arzuolunan deyil.
Düşünürəm ki, Rusiya, Azərbaycan və Ermənistan öz aralarında " İskəndər" raketləri ilə bağlı məsələni qapatmaq haqqında razılığa gəlsələr də Paşinyan vədə xilaf çıxıb. O daxildən olan təzyiqlərə davam gətirməyərək Serj Sarqsyana cavabında "İskəndərlə" bağlı məlum səhvi buraxdı. Nəticədə sözünü geri götürməyə və Rusiyanın qarşısında növbəti dəfə əyilməyə məcbur edildi. Rusiya hələ ki, onun üzrxahlıq etməsini qəbul etmiş kimi görünür. Amma bağışlamaq Putinin xarakterinə zidd olan cizgidir. Gec və ya tez Rusiya Hərbi Sənaye Kompleksinə Paşinyan tərəfindən vurulan 90 faizlik zərbənin əvəzi ödəniləcək. Amma bunun Ermənistan və ya Paşinyan tərəfindən olacağını yaxın gələcək göstərəcək. Azərbaycanın isə bu gün "İskəndərlə" bağlı məxfi razılaşmaya əməl etməsi onun sabah da sözünün üstündə qalacağına əsas vermir. Digər tərəfdən hələ Türkiyədən olan araşdırma mərkəzləri mövzu ilə bağlı yeni detallar ortaya qoymağa söz veriblər. Baxaq..."