Ermənistanda hakimiyyətə kim gəlsə belə, onun üçtərəfli bəyanatdan çıxması ağılabatan görünmür
1 Mart 2021 15:16 Siyasət"Ermənistanda siyasi böhranın davam etməsi bizim xeyrimizədir. Onsuz da Ermənistan suverenliyini mənasız ambisiyalarına qurban vermiş və dövlətçiliyi itmiş bir vəziyyətdədir". "Olaylar" xəbər verir ki, bunu deyən hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, hakimiyyət dəyişikliyi də orada vəziyyəti düzəltməyəcək: "Yeni gələn kim olsa da onun üçtərəfli bəyanatdan çıxması ağılabatan görünmür (amma orası da var ki, ermənilərdən nə desən gözləmək olar). Ən azı ona görə ki, bəyanatdan çıxmaq müharibə vəziyyətinin bərpası deməkdir və Risiyanın sülhməramlı adlandırlan qüvvələri dərhal legitmiliyini itirəcək. Düzdür onlar legitimliklərini itirsələr belə ərazini tərk etməyə tələsməyəcək, amma bütün halda diskomfort vəziyyətdə olacaqlar. Nəzərə alsaq ki, Ermənistanda hakimiyyətə kim gələsə o Rusiyanın adamı (adamı sözü çox mədəni alındı) olacaq və Rusiya deməsə o üçtərəfli bəyantdan çıxa bilməyəcək. Hələlik isə sadəcə ayaqqabılarınızı çevirin qoy bir-birlərini qırsınlar".