Prezidentin Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi tarixi hadisədir

Ölkə Prezident cənab İlham Əliyevin 26 fevral  tarixində  Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi tarixi hadisədir.Beynəlxalq müstəvidə daim sülh tərafdarı kimi tanınan dövlət başçısı məhz  dünya ictimaiyyətinin diqqətini bu mövzuya cəlb etməklə bütün media qurumlarına adekvat cavabları ilə xüsusi mesaj verdi.Prezident İlham Əliyev mətbuat konfransında vurğuladı ki, 10 noyabr Bəyanatına əsasən sülh məramlıların bölgədə yerləşdirilməsi müvəqqətidir və Rusiya hərbçiləri razılaşmaya uyğun olaraq Dağlıq Qarabağda beş il xidmət edəcəklər.Bununla yanaşı Azərbaycan Respublikası gələcəkdə vəziyyətə uyğun olaraq beş ildən sonra qərar vermək səlahiyyətinə malikdir. Eyni zamanda dövlət başçısı Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsində də toxundu və bildirdi ki, hansı müddətə qədər ki,ermənilər soyqırımı məsələsini gündəmdə saxlayacaqlar, sərhədlərin açılmasından söhbət gedə bilməz. Yerli və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında Cənab Prezident qeyd etdi ki - Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir.  Bəli həqiqətəndə bu gün Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və hazırda dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumatlar,tarixi faktlar vardır. Konfrans zamanı qürurverici hallardan biri media əməkdaşlarının Prezidentimizə olan heyranlıqlarını ifadə etməsi hadisəsi idi. Və Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. Həmçinin o, Prezidentin rekorda imza atdığını dilə gətirib. Ona görə ki, Dövlət başçısı mətbuat konfransında 35 media qurumunun 50-dək sualını dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində səbrlə və xüsusi təmkinlə cavablandırıb.Bəli bütün bunlar cənab İlham Əliyevin həm siyasi,diplomatik arenada,həm də beynəlxalq informasiya məkanında mükəmməl liderlik keyfiyyətlərini göstərən amillərdən biri idi. Görüşdə Amerika, Böyük Britaniya, İran, İspaniya, Türkiyə, Rusiya və digər ölkələrdən gələn 100-ə yaxın jurnalist iştirak edirdi və Prezident su belə içmədən bir-birinin ardınca 4 dildə verilən sualları cavablandıraraq, dünya mətbuatının rəğbətini qazanmışdır ki, buda məhz rekord göstəricidir.Həmçinin mətbuat konfransı zamanı spekulyativ xarakterli suallar səslənərkən  nəzakətlə, məntiqli  cavablar verən Ölkə Prezidenti  Azərbaycana qarşı dezinformasiya yayan və mənfi aura yaratmaq istəyənləri faktlara əsaslanıb dərhal susdurdu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında bütün Ermənistanın məğlubedilməzlik mifini dağıtmaqla yanaşı,mətbuat konfrasında da dəqiq cavabları ilə azərbaycanlıların işğaldan azad olunan torpaqlarmıza yaxın gələcəkdə qayıdacağını söyləyərək, bir daha  ermənilərin ağır məğlubiyyətini dünyanın gözü qarşısında sübuta yetirdi. Ali Baş Komandanımız faktlara uyğun ifadələrlə  bir sıra mənfi fikirli qüvvələrin xülyasına görə Xankəndinə və Xocalıya azərbaycanlıların qayıda bilməyəcəkləri barədə səsləndirdikləri əks fikirlərin həqiqət olmadığını bütün dünyaya çatdırdı. Sevindirici haldır ki,bugün Ölkəmzidə bütün işlər planlı şəkildə həyata keçirilir və dövlət başçısının söylədiyi kimi - biz Qarabağı cənnətə çevirib,yaxın müddətdə həmin ərazilərimizi dirçəldəcəyik.!
 
Ilham Məmmədov -Milli Məclisin deputatı
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31