Politoloq: “Dünyada Türkiyə ilə münasibətləri ermənilərə qurban verə biləcək  dövlət mövcud deyil”

"Ermənistanda baş verən hadisələr fonunda bu ölkənin Kürd Regional Hökümətinin paytaxtı olan Ərbildə Baş Konsulluğunun açılması politoloqların diqqətindən kənarda qaldı. Ermənistan tərəfi də Xarici İşlər Nazirinin müavini Artak Apitonyanın İraq Kürdüstanına səfərini, onun Kürdüstan Regional Hakimiyyətinin Baş Naziri Məsrur Bərzani ilə görüşünü geniş şəkildə təqdim etmədi". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, təbii ki, bu Ermənistanda baş verən daha ciddi hadisələrin təsirindən qaynaqlana bilərdi. Digər tərəfdən İraqda yerləşən muxtar respublikada hər hansı bir dövlətin konsulluğunun açılması bəlkə də ciddi əhəmiyyət kəsb etməyə bilərdi: "Təxminən altı ay  bundan qabaq Ermənistanın o vaxtkı Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan Misirə səfər etdi və Türkiyə ilə Misir arasında olan münaqişədən bəhrələnməyə çalışdı. Amma onu başa saldılar ki, dünyada Türkiyə ilə münasibətləri ermənilərə qurban verə biləcək  dövlət mövcud deyil. İndi onlar Ərbildə konsulluq açmaqla Türkiyəyə qarşı PKK-nın imkanlarından daha səmərəli istifadə etmək istəyirlər. Onlar hələ də başa düşmürlər ki, Ərbil PKK-lıların  deyil kürdlərin yaşadığı şəhərdir. Və  Kürdlər Türkiyə ilə münasibətlərini heç Amerikaya qurban vermirlər. Qalmışdı Ermənistana və ermənilərə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31