Ermənistan özünü məhvə sürükləyir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq münasibətlər sistemində münaqişə tərəflərininin fərqini açıq-aşkar ortaya qoymuşdu. Azərbaycanın bütün konstruktiv səylərinə, münaqişənin həlli istiqamətində addımlarına baxmayaraq, işğalçı Ermənistanın destruktiv mövqeyi yaranmış müvəqqəti statusu uzatmağa və öz xeyrinə həll etməyə hesablanmışdı. İşğalçı dövlətin "sülhsevər" imici yaradaraq, münaqişənin həllinə yönələn danışıqlar prosesində iştirakı da sadəcə imitasiya xarakteri daşıyırdı. Ermənistan dəfələrlə müxtəlif bəhanələri - "Dağlıq Qarabağ tərəfi", "Dağlıq Qarabağ xalqı", "üç tərəf" anlayışlarını predmentə çevirərək, konfliktin yekunlaşmasını mümkünsüz etmişdir. Bunun əksinə olaraq, Azərbaycan daim münaqişənin sülh yolu ilə həllində maraqlı olmuş, beynəlxalq hüququn baza prinsiplərinə əsaslan kompromis həlləri təklif etmişdir.

Ermənistanın münaqişənin həllində maraqlı olmamasını son bir neçə ildə rəsmi səviyyədə səsləndirdiyi bəyanatlardan, sözü ilə əməli düz gəlməyən davranışlarından daha aydın sezmək olurdu. Azərbaycanın sülh prinsiplərinə sadiq qaldığı halda düşmən dövlətin nümayişkəranə şəkildə öz iç üzünü göstərməsi ölkələrimiz arasında fərqi bir daha sübut etmiş oldu. Düşəminin sülh prosesini dalana dirəməsi, təxribatçı davranışları Azərbaycan üçün adekvat hərbi güc tətbiq etməkdən başqa yol qoymurdu. Hərbi yolu heç vaxt istisna etməyən dövlətimiz "müharibənin mümkünsüzlüyü" xülyası ilə yaşayan, havadarlarına arxalanan düşmənə bütün dünyanın gözü qarşısında sözümüzlə əməlimizin bir olduğunu - fərqimizi nümayiş etdirdi.

Vətən müharibəsi sözdə "müharibə istəməyən" işğalçının növbəti təxribat hücumu ilə başladığı da hər kəsə məlumdur. Məqsədlərinə nail ola bilməyən düşmənin vandalizm aktları, insanlığa sığmayan əməlləri bu dəfə də özünü ən bariz şəkildə biruzə verirdi. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatının qarşısını almaq istəyən Ermənistan bütün müharibə və əxlaq kodekslərini pozaraq, mülki və sənaye infrastrukturlarını, əhalini hədəfə alırdı. Azərbaycanın onlarla yaşayış məntəqəsinə qadağan olunmuş silahlarla raket hücumları, yüzlərlə sivil vətəndaşın qətlə yetirilməsi düşmənin son çabaları, axırıncı təxribatları idi. Dövlətimiz bu kimi təxribatlara yalnız döyüş meydanında qətiyyətli cavab verməklə mənfur düşmənin xain planlarını suya salmış oldu. Hətta Ermənistan ərazisindən Azərbaycanın müxtəlif rayonlarının mülki infraskturukturlarının hədəfə alınması bizi öz yolumuzdan döndərə bilmədi. Azərbaycan nəinki mülki əhalini hədəfə almır, girov düşmüş mülki ermənilərin qayğısına qalır və onların geri qaytarılmasını təmin edirdi. Ermənistan təxribatçı addımlarla dövlətimizi eyni adekvat addımlara çəkəcəyini düşündüyü halda, Azərbaycan hərbi gücünü yalnız öz ərazilərində və döyüş meydanında tətbiq edirdi.

Vətən müharibəsi Azərbaycanın beynəlxalq prinsiplərə sadiqliyini, qətiyyətini, iradəsini, milli ruhunu təcəssüm etdirdisə, Şanlı Qələbə dövlətimizin gücünü, yüksələn beynəlxalq imicini bir daha təsdiqlədi. Azərbaycan hazırda böyük qayıdış proqramının ilkin mərhələsini icra edir, iqtisadiyyatının yeni diversifikasiyası imkanlarını təhlil edir, müasir silahların hərbi arsenala daxil olması üçün kontrkatlar imzalayır. Dövlətimizin intibah dövrünə daxil olması, günü-gündən qüdrətlənməsi ardıcıl və məqsədli siyasətin, ən əsası isə xaqla iqtidar arasında olan möhkəm bağlılığın nəticəsidir. Müharibədən sonra Ermənistan üçün isə yalnız uçurum, milli məhv yolu görünür. Noyabr bəyanatından dərhal sonra yüksək çinli məmurların istefası, xalqın hələ də davam edən etirazı daxili vəziyyəti açıq-aydın izah edir. Son günlər artan hərbi çevriliş ehtimalı isə daxili qarşıdurmaları bir qədər də artırır. Ermənistan hələ uzun müddət hərbi texnika və şəxsi heyət itkilərini, işğal altında saxladığı ərazilər hesabına əldə etdiyi iqtisadi imkanları, təhlükəsiz və sabit siyasi münasibətləri bərpa edə bilməyəcək. Beynəlxaq imici də sual altına düşən Ermənistan üçün qarşıdakı illərin xaos, anarxiya ilə müşahidə olunacağı, iqtisadi çöküş yaşayacağı artıq bəllidir. İşğalçı dövlətin mövcud durumu "yeni ərazilər uğrunda yeni müharibə" ambisiyalarının nəticəsidir və bundan sonra onun istənilən revanşist davranışı Ermənistan dövlətçiliyini tamamilə məhvə aparacaq.

 Fəhmin Əsədullayev

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Neftçala rayon nümayəndəliyinin əməkdaşı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31