MVP: “Prezident informasiya mübarizəsinin ön sərasındadır”

"Dövlət başçısı həm Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya çatdırmış oldu, həm də Ermənistanın vandallıqları, işğal etdiyi Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər barədə xarici KİV-ləri, eləcə də onların bağlı olduğu ölkələri məlumatlandırdı"

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da xarici ölkələrin kütləvi informasiya vasitələrinə verdiyi müsahibə bir neçə istiqamətlər üzrə olduqca əhəmiyyətlidir və informasiya mübarizəsində rəsmi Bakını Ermənistandan bir addım geridə qoyur. Fevralın 26-da dövlət başçısı xarici KİV-lərə müsahibə verməklə həm də informasiya mübarizəsində ön sırada olduğunu, Vətən müharibəsində olduğu kimi indi də düşmən ölkə ilə təkbaşına mübarizə apardığını sübuta yetirdi". Bu fikirlər Milli Vəhdət Partiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələrinə müsahibəsinə münasibətdə əksini tapıb. Partiya hesab edir ki, dövlət başçısı sözügedən müsahibə ilə həm Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya çatdırmış oldu, həm də Ermənistanın vandallıqları, işğal etdiyi Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər barədə xarici KİV-ləri, eləcə də onların bağlı olduğu ölkələri məlumatlandırdı: "Azərbaycan Prezidenti həmin mətbuat konfransında eyni zamanda regionda yenidən gərginlik yaratmaq istəyən, həmçinin Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələrə də xəbərdarlıq mesajı ünlanlamış oldu. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Ermənistanda revanşist qüvvələr yenidən təxribata əl atıb dövlət sərhəddində vəziyyəti gərginləşdirməyə çalışsalar, o zaman dəmir yumuruq yenidən işə düşəcək. Eyni zamanda Cənab Prezident fevralın 26-da xarici KİV-lərə verdiyi müsahibə ilə işğaldan azad edilən rayonlarımızda bundan sonra həyata keçiriləcək qurucluq-abadlıq, yenidənqurma işləri barədə də məlumat verdi. Bir sözlə dövlət başçısı xarici KİV-lərin bütün suallarına geniş və ətraflı şəkildə cavab verdi".

Partiyanın açıqlamasında o da qeyd edilir ki, Azərbaycan Prezidenti bir çox müsbət məqamları ilə yanaşı, xarici KİV-lər üçün keçirdiyi mətbuat konfransı ilə də nümunəvi dövlət başçısı imicini yaratdı, bir ilkə imza atdı: "Hər şeydən əvvəl onu qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev 44 günlük Vətən nüharibəsində işğal altında olan torpaqlarını azad etmək mübarizəsinə qalxan Ali Baş Komandan kimi beynəlxalq media qarşısına çıxır, xarici KİV-lərə müsahibələr verirdisə, bu dəfə qalib sərkərdə, müzəffər rəhbər kimi mətbuat konfransı keçirirdi. Dövlət başçısı 4 saat müddətində 35 xarici ölkə kütləvi informasiya vasitəsi təmsilçisinin 50-dən artıq sualını cavanlandırdı. Hər bir suala da geniş və ətraflı şəkildə cavab verdi. Heç bir jurnalistdə hansısa mövzu, sualla bağlı qaranlıq məqam qalmadı. Adətən dünya liderləri mətbuat konfransını 2 saat müddətində təşkil edirlər. Çox vaxt isə ilk saatdan sonra verilən suallara cavablar qısa və lakonik olur. Ancaq Azərbaycan Prezidenti hər bir suala ətraflı cavab verməklə bu aspektdə də seçildi. Təsqdüfi deyil ki, elə xarici jurnalistlər də açıq şəkildə etiraf etdilər ki, Azərbaycan Prezidenti keçirdiyi mətbuat konfransı ilə rekorda imza atdı".

MVP bildirir ki, mətbuat konfransında keçən qısa müddət ərzində onlarla xarici televiziya kanalı, xəbər portalı və digər media qurumlarında Azərbaycanla bağlı, eləcə də dövlət başçısının keçirdiyi mətbuat konfransı ilə əlaqədar yazılar, materiallar dərc edilib ki, bu da ölkəmizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, xarici KİV-lər dörd saatdan çox davam etmiş mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd ediblər.

Türkiyənin "Anadolu", İHA, "Sputnik Türkiye" xəbər agentliklərində, "Haberler" portalında, "TRT Haber", "Haber Türk", "CNN" "Haber Global", "A Haber", "NTV" telekanallarında, "Yeni şafak", "Hurriyet", "Posta", "Milliyet", "Sabah" qəzetlərində yayılmış məlumatlar "Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk Ordusunun kiçik modelini quracağıq", "Əliyevdən Ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq", "Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama", "Azərbaycan Prezidenti İlham Əliyev: Türk Ordusu bizim üçün ən məqbul modeldir", "Ərdoğan və Əliyevdən Ermənistana mesaj", "Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar" və s. sərlövhələrlə təqdim edilib. Eləcə də Rusiyanın "TASS", "Ria Novosti", "İnterfaks", "Vestnik Kavkaza", "Regnum" agentlikləri, "RBK", "RT", "Vesti", "360" telekanalları, "Arqumentı i faktı", "Nezavisimaya qazeta", "Kommersant", "İzvestiya", "Rossiyskaya qazeta", "Vzqlyad" qəzetləri, "Life", "Lenta" saytları Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, Azərbaycanda vaksinasiya prosesi, üçtərəfli Bəyanatın icrası barədə fikirlərini geniş şərh ediblər. Rumıniyanın "Ultima Ora" (Son saat) qəzeti və "News24hours" xəbər portalı, Yunanıstanın "Real Group Media" şirkəti, Ukraynanın "Obozrevatel", "Podrobnosti", "Stopcor", "Baqnet", "Tsn", "Dialog", "Korrespondent", "Polemika" xəbər portalları Azərbaycan Prezidentinin mətbuat konfransının dünya ictimaiyyətinə önəmli mesajların çatdırılması baxımından mühüm rol oynadığını qeyd ediblər. Materiallarda bildirilir ki, Prezident İlham Əliyev mətbuat konfransında müxtəlif regional məsələlərlə bağlı jurnalistlərin suallarını 4 dildə dəqiq, səlis və məntiqli cavablandırıb. Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanıb".

MVP hesab edir ki, mətbuat konfransının fevralın 26-na, Xocalı soyqırımın ildönümü gününə təyin edilməsi də təsadüfi deyildi və dövlət başçısı bununla həm də dünya birliyini xarici KİV-lər vasitəsilə ermənilərin 29 il əvvəl Xocalıda törətdikləri vəhşiliklər, insanlıq əleyhinə cinayət barədə məlumatlandırmış oldu.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31