Türkiyənin müdafiə naziri: “Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”

"29 il əvvəl bu gün Xocalıda azərbaycanlı qardaşlarımızın vəhşicəsinə qətlə yetirilməsini unutmadıq, unutmayacağıq! Xocalıda şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirik".

Olaylar.az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Türkiyə "bir millət, iki dövlət" anlayışı ilə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək", - deyə Türkiyənin milli müdafiə naziri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31