“Xocalı soyqırımı yaddaşlarımızdan heç vaxt silinməyəcək” - Mikayıl Cabbarov

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. "OLaylar" xəbər verir ki, nazir sosial media hesabında paylaşım edib. "Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcək. Xocalıya Ədalət. Faşizmə "yox" deyək", - deyə nazir paylaşımında qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31