Regionda yeni reallıq yaransa da, Ermənistanın düşmənçilik ritorikası davam edir - Nazir
26 Fevral 2021 11:01 Siyasət44 günlük müharibədən sonra regionda yeni reallıq yaranıb, yeni əməkdaşlıq imkanları mövcuddur, lakin biz yenə də Ermənistanın düşmənçilik ritorikasının, hərbi cinayətlərə əl atmasının şahidi oluruq.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
C.Bayramov 10 noyabr bəyanatı imzalanandan sonra işğaldan azad edilmiş ərazilərə terrorçu qrupların göndərilməsini xatırladıb: "Terrorçu qruplar işğaldan azad edilmiş ərazilərdə ağır cinayət törədib və təbii ki, ordumuz tərəfindən zərərsizləşdirilib".
Nazir vurğulayb ki, Azərbaycan regionda dayanıqlı sülhün və əməkdaşlığın tərəfdarıdır: "Lakin Ermənistan tərəfindən düşmənçilik ritorikası davam etməkdədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31