Mehriban Əliyeva Xocalı ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva özünün İnstaqram hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

Olaylar.az xəbər verir ki, paylaşımda deyilir:

"Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31