Nikol Paşinyan tərəfdarları ilə İrəvanda yürüş keçirir

Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları paytaxt İrəvanda yürüş keçirir.

Olaylara.az APA-ya istinadən bildirir ki, yürüşdə N. Paşinyan da iştirak edir.  

N. Paşinyan səsgücləndirici ilə çıxış edərək tərəfdarlarını və əhalini saat 16.00-da Respublika meydanına toplaşmağa çağırır.

O bildirib ki, polis meydanda keçiriləcək mitinqdə vətəndaşların təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

 

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31