Ermənistanda müxalifət fasiləsiz aksiyalar keçirməkdə qərarlı olduğunu bəyan edir. İrəvanın mərkəzindəki spontan və zəif aksiyalar vasitəsilə baş nazir Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq, ya da devirmək prinsip etibarilə mümkün deyil.
Səbəb ideoloji problem deyil. Ermənilərin ən böyük problemləri konkret liderlərlə bağlıdır. Məhz həmin problem Ermənistanı "failed state"ə, yəni itirilmiş dövlətə, səfil və heç bir normal perspektiv olmayan ölkəyə çevirib.
Ermənistanın problemlərinin həlli sürətli deyil - ağrılı, məşəqqətli və uzunmüddətli proses yaşanmalıdır. İlkin mərhələdə ermənilər zooloji şovinist, nasist və daşnak ideallardan kənarlaşmalı, adekvatlıq prizmasından real problemləri dərk etməlidirlər.
Ermənistanın və ümumiyyətlə, dünya erməniliyinin yaxın 20 il ərzində qarşılarında duran problem budur.
... "Azərbaycanlılara qarşı "İsgəndər" operativ-taktiki raket komplekslərini tətbiq etdik, amma raket partlamadı. Məni tənqid etməyə çalışanlar qoy, özlərindən soruşsunlar ki, "İsgəndər" niyə partlamadı? Və ya niyə 10 faiz partladı?"
Ermənistanın baş naziri Nikol Paşinyan 1in.am resursuna verdiyi müsahibədə belə deyib. Daha doğrusu o, Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın ötən həftə "ArmNews"un studiyasında sualları cavablayarkən P.Paşinyanı "Azərbaycandakı şəhərləri və hədəfləri "İsgəndər" raketləri ilə vurmaq əmri verməmək"də ittiham etməsinə cavab verib.

S.Sarqsyan müsahibəsində N.Paşinyandan çox danışsa da, onun adını çəkməmiş, sadəcə, "kapitulyant" söyləmişdi. Paşinyan da müsahibəsində S.Sarqsyanın adını çəkməyib, "rədd edilmiş" sözləriylə kifayətlənib.
"Rədd edilmiş deyib ki, silah, sursat və hərbi texnikanın alınması proqramı inqilabdan sonra dəyişikliklərə uğrayıb və bu, Ermənistanın müharibədə məğlubiyyətinə səbəb olub. O söyləyib ki, guya ölkə rəhbəri postunda qalsaydı, 2500 dron almaq fikrindəydi. Yalan danışır, çünki silah və hərbi texnikanın alınması ilə bağlı proqramda heç bir dəyişiklik olmayıb. Rədd edilmiş onu da söyləyib ki, hakimiyyəti mənə yox, Karen Karapetyana verib. İroniyaya bax! O kim idi ki, hakimiyyəti kiməsə təhvil versin və ya verməsin?!"
N.Paşinyan müsahibəsində Serj Sarqsyanı "rədd edilmiş" adlandırsa da, sabiq prezident Robert Köçəryanın adını, ümmuiyyyətlə çəkməyib.
R.Köçəryan bəyan etmişdi ki, əgər "dövlət başçısı olsaydı, ermənilər 2-ci Qarabağ Müharibəsində məğlub olmazdılar".
Ermənistandakı "karabaxtsi", yəni "qarabağlılar" klanının lideri olan və baş nazir postu uğrunda mübarizə apardığını, böyük siyasətə qayıtdığını bəyan edən R.Köçəryana Paşinyanın cavabı yetərincə maraqlıdır.
"2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında Ermənistanın lideri olmamış istənilən adam eyni sözləri deyə bilər. Kimsə də əksini sübut edə bilməz. Tərcümeyi-halından və adından asılı olmayaraq hər kəs deyə bilər ki, əgər dövlət başçısı olsaydı, 2-ci Qarabağ Müharibəsində Ermənistan uduzmazdı. Lakin biz məğlubiyyətin dərin köklərini gerçəkdən də, anlamalıyıq. Yaxşı, bu məğlubiyyət iki il və ya iki ay ərzindəki proseslərin nəticəsidirsə, onda gəlin, bunu qeydə alaq və sübut edək", - Nikol Paşinyan söyləyib.
... Söz yox, düşmənə qarşı amansız olmalıyıq. Düşmənə rəhm edilməz, onunla izafi şəfqətlə davranılmaz, "halını anlamağa çalışmalıyıq" deyilməz. Əks olarsa, düşmən mütləq diz üstündən qalxacaq və kürəyimizə xəncər saplamağa çalışacaq.
Fəqət, Ermənistanın baş naziri Nikol Paşinyanın 1in.am-a müsahibəsinə baxdıqda anlayırsan ki, ermənilərin total əksəriyyəti hələ də illüziyalar aləmində yaşayırlar. Paşinyan bu müsahibəsində faktiki olaraq, həyatında bəlkə ilk dəfə gerçəkləri söyləməyə çalışıb.
Paşinyanın bədbəxtliyi və bəlası odur ki, erməni cəmiyyəti səhvlərini, günahlarını və yanlışlarını heç zaman etiraf etməyib, cinayətlərindən və vandallığından əl çəkməyib. İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətdə ermənilərin istisnasız olaraq zamısı günahkardır - bunu onlar anlamır və anlamaq da istəmirlər.

Ermənilər "rahat" yol seçibəlr: axı sistem suçdan boyun qaçıraraq günahı bir adamən və ya bir qrupun üstünə atmaq, özlərininsə "potensial qalib, "şir", "qəhrəman" olduqlarını söyləmək, "bizə qalib gəlməyə imkan vermədilər" demək çox asandır.
Nikol Paşinyan və onun azsaylı tərəfdarları, yaxın ətrafı bunu bilirlər.
Ermənistan əslində, hələ Robert Köçəryanın prezidentliyi dönəmində, Azərbaycan ordusunu və iqtisadiyyatını gücləndirəndə məğlub olmağa başlamışdı. Daha sonra Serj Sarqsyanın dönəmində fərq daha da artdı.
Zavallı və sarsaq Nikol Paşinyan isə partlamağa hazır barıt çəlləyinə kibrit vurdu: o, sərsəm və idiotik bəyanatlarıyla labüd müharibəni tezləşdirdi.
Müharibə qaçılmaz idi: Ermənistanı kimin idarə etməsindən asılı olmayaraq, işğalçılar Azərbaycan ərazilərindən rədd olub getməliydilər və getdilər də.
Bəli, indi Ermənistanda istənilən şəxs "mən olsaydım, belə olmazdı" söyləyə bilər.
Hakimiyyətdə Serj Sarqsyan və ya Robert Köçəryan, müxalifətdə isə Nikol Paşinyan olsaydı, yenə bu ifadə səslənəcəkdi.
Ermənistanın məğlub olacağına şübhələnməyən isə Azərbaycandı.
"İsgəndər" operativ-taktiki raket kompleksinə gəldikdə isə, Rusiya Ermənistana "İsgəndər"lərin və başqa tipli raket komplekslərinin satışını yasaqlamaqla bağlı düşünməlidir. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistan Rusiyaya müttəfiq olsa da, "İsgəndər" təki raket silahlarının tətbiqi məsələsində Hitler Reyxi və ya Səddam Hüseynin dönəmindəki İraq kimi davranıb.
Bu səbəbdən "İsgəndər" OTRK mütləq şəkildə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında olmalıdır sadəcə. Ermənistanın başıpozuq ordusu nə siyasi, nə də peşəkar baxımdan belə raket sistemlərinin istismarına və tətbiqinə hazır deyil.
Milli.Az