Müxalifətin Paşinyana qarşı “B” planı - Ermənistanda silahlar "danışacaq"

Fevralın 20-də İrəvandakı mitinqdəki çıxışında müxalif liderlərdən olan Vazgen Manukyanın Nikol Paşinyanın istefasına nail olmaq üçün "A" planı ilə yanaşı "B" planını da gündəmə gətirdi.

Məsələ ilə bağlı  danışan politoloq İlqar Vəlizadə bildirdi ki, Ermənistanda Paşinyana qarşı duran qüvvələr  daha çox "B" planına meyllidirlər:

"Hadisələr göstərir ki,  Paşinyana qarşı duran erməni müxalifətinin tərəfdarları günü-gündən azalır.  Müxalifət mitinqlərdə iştirak edənlərin sayını şişirdir.  Amma real olaraq bu sayda mitinqdən-mitinqə azalmaların olduğunu görürük.  Ermənistanda keçirilən son sorğular da göstərir ki, keçmiş liderləri dəstəkləyənlərin sayı azdır.  Düzdür, Paşinyanın da vəziyyəti birmənalı deyil.  İnsanların ona olan inamı da itib.  Lakin bu  o demək deyil ki, keçmiş liderlərə inam çoxalıb.  İki daş arasında seçim qarşısında qalan əhali yenə də əsasən Paşinyana üstünlük verir".

Buna əsasən həmsöhbətimiz qeyd etdi ki,  indiki durumda Ermənistanda  müxalifətin dinc yolla iqtidara sahib çıxması qeyri-realdır: 

"Bunu erməni müxalifəti də bilir. Ona görə də  Paşinyana qarşı duran qüvvələr daha çox "B" planı üzərində işləyirlər.  "B" planında da əsas rol  Qarabağdan gələn və silahları təhvil vermək istəməyən hərbçilərə, müxalifətin nəzarətində olan hərbləşmiş dəstələrə verilir.  Separatçı rejim də müəyyən dərəcədə onları dəstəkləyir.  Vazgen Manukyan kimi separatçı hərəkatın başında dayananlardan nə desən gözləmək olar.  O, habelə Köçəryan, Serj Sarkisyan banditdir.  Banditlərin isə son arqumenti silahla danışmaqdan keçir".

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31