Türkiyədə nazirlərin üçtərəfli görüşü keçiriləcək
22 Fevral 2021 11:23 SiyasətAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri gözlənir. XİN-dən "Olaylar"-a verilən məlumata görə, nazirin bu ilin 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası - Türkiyə Respublikası - Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31