Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşü təxirə salındı - SƏBƏB

Sabah Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının 9-cu üçtərəfli görüşü təxirə salınıb.

Olaylar.az bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN)  məlumat yayıb.

Bildirilib ki, Baş nazirin müavini, xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfəri Baş Nazir Giorgi Qaxarianın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31